Harald tsur Hauzen — Vikipediya

Harald tsur Hauzen
Harald zur Hausen
Doğum tarixi 11 mart 1936(1936-03-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 may 2023(2023-05-29)[3][4] (87 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Almaniya
Elm sahəsi virusologiya
Elmi dərəcəsi professor
İş yerləri
Alma-mater Heydelberq Universiteti, Alman Xərçəng Araşdırma Mərkəzi
Təhsili
Tanınır insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsi
Üzvlüyü
Mükafatları Nobel mükafatıFiziologiya və tibb üzrə Nobel mükafatı (2008)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harald tsur Hauzen (11 mart 1936[1][2][…], Helzenkirxen, Üçüncü Reyx[7]29 may 2023[3][4], Heydelberq, Baden-Vürtemberq) — alman alimi, 2008-ci ildə insan papilloma virusunun uşaqlıq boynunun xərçənginə səbəb olmasını sübut etməsinə görə Nobel mükafatına layiq görülüb.

Həyatı[redaktə | mənbəni redaktə et]

1955 — orta məktəbi bitirib
1960 — Hamburq Universitetinin Tibb fakültəsini bitirir
1961–63 — Düsseldorf Universitetinin Tibbi Microbiologiya and Immunologiya bölməsində işləyib: virusun törətdiyi xromosom dəyişikliklərinin tədqiqatı and diaqnostic bacteriologiya and virologiya üzrə təlim.
1964 — evlənir və ilk oğlu Yan Dirk dünyaya gəlir
1965 — Verner and Gertrud Henledən Filadelphiyanın Uşaq Hospitalında iş təklifi gəlir, orada Verner Henle Virologiya bölməsinin müdiri idi
1966–68 — Filadelfiyaya işləməyə gedir: bütün laboratoriya yenicə kəşf olunmuş Epştayn-Barr virusunu araşdırırdı. Onlar müşahidə etmişdilər ki, Burkitt limfomalı xəstələr bu virusa qarşı çox sayda anti-bədəncik (əks-cisimcik) ürətir. Harald tsur Hauzen isə molekular biologiyanın tez inkişaf edən müayinə üsullarını yaxşı bilmədiyi üçün başqa bir virusla (adenovirus tip 12) işləyir. Tsur Hauzen elektron mikroskop altında göstərə bilir ki, tip 12 adenovirusuna yoluxmuş insan hüceyrələri spesifik xromosom pozuntuları meydana gəlir, eləcə də EBV-hissəciklərini antigen-müsbət Burkitt limfom hüceyrələrində nümayiş etdirə bilir.
1969 — Vürtsburq Universitetində yenicə açılmış virusologiya laboratoriyasının müdiri Eberhard Veker-dən dəvət aldığı üçün qayıdır Almaniyaya. Burada ona imkan verilir öz müstəqil araşdırma qrupunu yaratsın. Almaniyada Tsur Hauzen fikrini tamamən EBV-un tədqiqatına yönəldir. Verner Henlenin və Corc Klaynın köməkliyi ilə Filadelfiya və Stokholmdan çox sayda Burkitt limfom hüceyrə sıraları və xərçəng biopsiyaları alır. Biopsatların içində burun-boğaz xərçəng materialları da var idi: seroloji müayinə bu halda da EBV-un cəlb olunduğunu göstərirdi.
1972 — Erlangen-Nürnberqdə yenicə qurulmuş Kliniki Virologiya Institutuna başqan seçilir. Uşaqlıq boynunun xərçəngində infeksion törədici (əsasən də Herpes simplex HSV — sadə herpes virusu) çoxdan şübhəli bilinir. Yerli Dermatoloji Hospitalından ziyil toxuma hissəciklərini alan Tsur Hauzen və həmkarları müxtəlif virusların bu hissəciklərdə varlığını araşdırdı: herpes, insan papilloma virusu (HPV).
1977 — Frayburq Universitetinin Virologiya Institutuna başqan seçilir.
1983 — Haydelberqdəki Alman Xərçəng Araşdırma Mərkəzinə (Almaniyanın Milli Araşdırma Mərkəzi) elmi direktor seçilir.
2000 — International Journal of Cancer dərgisində redaktor kimi çalışır
2003 — Alman Xərçəng Araşdırma Mərkəzindəki işindən çıxır.[8]

Ödülləri[redaktə | mənbəni redaktə et]

  • Robert Kox Ödülü (1975)
  • Çarlz S. Mott Ödülü (1986)
  • Pol Erlix və Lüdviq Darmştedter Ödülü (1994)
  • Vürtsburq Universitetinin Virxov Medalı (2000)
  • Tibb üzrə San Marino Ödülü (2002)
  • Almanyanın Böyük Federal Ləyaqət Xaçı(2004)
  • Alman Xərçəngə Yardım Ödülü (2006)
  • Təməl və Xərçəng İmmunogiyası sahəsində Seçkin Araşdırmalırna görə Uilyam B. Koli Ödülü in 2006 (with Ian Frazer)
  • Gerdner Fondunun Uluslararası Ödülü (2008)
  • Fiziologiya ya Tibb üzrə Nobel mükafatı (2008)
  • Çikago, Umea, Praqa, Salford, Helsinki, Erlangen-Nürnberg və Salerno universitetlərinin şərəf dərəcələri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Harald zur Hausen // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Harald zur Hausen // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Nobel laureate Harald zur Hausen has passed away. German Cancer Research Center, 2023.
  4. 1 2 Traueranzeigen von Harald zur Hausen (alm.).
  5. 1 2 3 4 https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(23)01319-3/fulltext.
  6. 1 2 NNDB (ing.). 2002.
  7. 1 2 Deutsche Nationalbibliothek Record #121279731 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  8. "The official web site of the Nobel Prize. Harald zur Hausen - Biographical". 2017-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]