Harald Nilsen — Vikipediya

Harald Nilsen
Ümumi məlumatlar
Ləqəbi Guld Harald[3]
Doğum tarixi 26 oktyabr 1941(1941-10-26)[1]
Vəfat tarixi 11 avqust 2015(2015-08-11)[2] (73 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 178 sm[3]
Çəkisi 72 kq[3]
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941[1]11 avqust 2015[2], Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub .

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir.

Karyerası[redaktə | mənbəni redaktə et]

1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir. Növbəti mövsumun ilk oyununda Nielsen 4 qol vurur. Bir neçə həftə sonra, 13 sentyabr 1959-cu ildə Nilsen Danimarka millisində Norveçlə matçda debüt edir və o zaman millinin tarixində ən gənc oyunçu olur (17 il və 322 gün).

1960-cı ildə Nilsen Harald Danimarka Premyer Liqasında debüt edir. 1960-cı ildə 19 qol vuraraq çempionatın bombardiri olur. Daha sonra Milli komanda ilə Romadakı Olimpiadaya yollanır. Olimpiadiyada 5 oyunda 6 qol vuran Nilsen turnirin ikinci bombardiri olur və "Qızıl Harald" ləqəbini alır.[4] Növbəti il Nielsen Danimarkanın ən yaxşı futbolçusu olur. Bununlada Avropa klublarının maraq dairəsinə düşərək tezliklə İtaliyaya yollanır.

1961-ci ilin yayında, 19 yaşında olarkən Nilsen, 200 min krona İtaliyanın "Bolonya" klubuna keçir. Keçiddən sonra Nielsen, milli komandada oynamağı dayandırmaq məcburiyyətində qalır. Nilsen "Bolonya"da 27 avqust 1961-ci ildə, "Bolonya"nın "Palermo" klubunu 2–1 udduğu oyunda debut edir. İtaliyadakı ilk mövsümündə Nilsen 16 liqa oyununda 8 qol vurur. Növbəti mövsüm 19 dəfə qol vuraraq İtaliya A Seriyasının bombardiri olur. Bir il sonra Nilsen ikinci dəfə liqanın bombardiri olaraq klubun son 23 ildə ilk dəfə A Seriyasının çempionu olmasına kömək edir. İtaliyada ilk üç uğurlu mövsümdən sonra Nilsenin oyununda geriləmə başlayır.

1967-ci ildə Nilsen, onun transferi üçun "Bolonya"ya 2,5 milyon dollar ödəyən "İnter" klubuna keçir. Milan klubunun Nilseni almasına səbəb Nerazzurrının baş məşqçisi Elenio Erreranın Nilsenin Yuventusa keçməsindən qorxduğu və bununla da danışıqlar apardığı ilə əlaqəli idi. Ancaq "İnter"də Nilsen zədələr və artıq çəkidən əziyyət çəkməsinə görə əsas heyətdə yer qazana bilmir və "İnter"də cəmi 8 oyun keçirir.

1968-ci ildə "Napoli" klubuna keçir və burada da nadir hallarda meydana çıxır.

Nilsen daha "Sampdoriya" klubuna keçir və 1970-ci ildə burada karyerasını bitirir.

Uğurları[redaktə | mənbəni redaktə et]

Komanda[redaktə | mənbəni redaktə et]

Fərdi[redaktə | mənbəni redaktə et]

Karyera Statistikası[redaktə | mənbəni redaktə et]

Klub Karyerası
Klub Mövsum Liqa Kubok Avrokubok Toplam
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Frederikshavn 1959 21 19 ? ? - - ? ?
1960 22 19 ? ? 0 0 ? ?
1961 6 5 0 0 0 0 6 5
Toplam 49 43 ? ? 0 0 49+ 43+
Bolonya 1961/62 16 8 0 0 2 2 18 10
1962/63 29 19 0 0 9 11 38 30
1963/64 32 22 3 3 1 0 36 25
1964/65 31 13 1 0 3 1 35 14
1965/66 29 12 0 0 0 0 29 12
1966/67 21 8 0 0 5 5 26 13
Toplam 158 82 4 3 20 19 182 104
İnter 1967/68 8 2 4 2 0 0 12 4
Toplam 8 2 4 2 0 0 12 4
Napoli 1968/69 10 2 4 2 5 1 19 5
Toplam 10 2 4 2 5 1 19 5
Sampdoriya 1969/70 4 0 0 0 0 0 4 0
Toplam 4 0 0 0 0 0 4 0
Bütun karyerası 229 129 12+ 7+ 25 20 266+ 156+

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Harald Nielsen † // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Harald Nielsen // https://pantheon.world/profile/person/Harald_Nielsen.
  3. 1 2 3 4 Olympedia (ing.). 2006.
  4. "Профиль на sports-reference.com". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.

Xrici keçidlər[redaktə | mənbəni redaktə et]