Hans Fişer — Vikipediya

Hans Fişer
alm. Hans Fischer
Doğum tarixi 27 iyul 1881(1881-07-27)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 31 mart 1945(1945-03-31)[2][3][…] (63 yaşında)
Vəfat yeri
Elm sahələri üzvi kimya, biokimya, tibb[1], daxili xəstəliklər[1]
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Elmi rəhbəri Emil Fişer
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans Fişer (alm. Hans Fischer;27 iyul 1881[2][3][…], Frankfurt-Mayn, Prussiya[1]31 mart 1945[2][3][…], Münxen[4]) – 1930-cu ildə "Hemin və xlorofilin tərkibi ilə əlaqəli tədqiqatlarına və xüsusilə heminin sintezinə görə" Kimya üzrə Nobel mükafatı laureatı olmuş almaniyalı üzvi kimyaçı.[5]

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən həyatı[redaktə | mənbəni redaktə et]

Fişer 1881-ci ildə Frankfurtda anadan olub. Ştutqartda ibtidai məktəbi bitirdikdən sonra orta təhsilini Visbadendəki Humanitar Gimnaziyada aldı. Əvvəlcə Lozanna Universitetində, sonra Marburq Universitetində kimyatibb üzrə təhsil aldı. 1904-cü ildə kimya ixtisasından məzun oldu, 1908-ci ildə isə tibb üzrə doktorluq dərəcəsi aldı.[6]

Kariyerası[redaktə | mənbəni redaktə et]

Əvvəlcə Münhendəki Tibb Klinikasında, daha sonra Emil Fişerin rəhbərliyi altında Birinci Berlin Kimya İnstitutunda çalışdı. 1911-ci ildə yenidən Münhenə qayıtdı. 1913-cü ildə Münhendəki Fizioloji İnstitutda fiziologiya üzrə lektor olaraq işə başladı. 1916-cı ildə İnsbruk Universitetində Tibbi Kimya professoru oldu və 1918-ci ildə Vyana Universitetinə getdi.

1921-ci ildən vəfatına qədər Münhen Texniki Universitetində üzvi kimya professoru vəzifəsini icra etdi.

Fişerin elmi tədqiqatı əsasən qanöddəki piqmentlərin və həmçinin yarpaqdaki xlorofillərinin piqmentlərinin araşdırılması həm də bu piqmentlərin əldə edildiyi pirrolun kimyası ilə əlaqədar idi. Ən əhəmiyyətli tədqiqatı bilirubin və heminin sintezi idi. Bu nailiyyətinə görə çox sayda mükafat aldı, 1930-cu ildə isə Kimya üzrə Nobel mükafatı laureatı oldu. 1976-cı ildə Aydaki bir kraterə onun adı (və Emil Fişerin) verilmişdir.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Fişer 1935-ci ildə Viltrud Hauf ilə evləndi. Münhendə İkinci Dünya nüharibəsinin son günlərində institutunun və tədqiqatlarının məhv olması səbəbindən həyatına intihar ilə son qoydu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 2,0 2,1 2,2 2,3 Hans Fischer // Encyclopædia Britannica (ing.).
  3. 3,0 3,1 3,2 3,3 Hans Fischer // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  4. 4,0 4,1 Deutsche Nationalbibliothek Record #118691228 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "The Nobel Prize in Chemistry 1930". nobelprize.org. 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  6. Hans Fischer Arxivləşdirilib 2022-06-06 at the Wayback Machine on Nobelprize.org including the Nobel Lecture, December 11, 1930 On Haemin and the Relationships between Haemin and Chlorophyll

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]