Hafiz Zeynalov — Vikipediya

Hafiz Zeynalov
Hafiz Əliabbas oğlu Zeynalov
Doğum tarixi
Doğum yeri Bakı Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (68 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ə.Əzim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bi
Mükafatları Əməkdar rəssam

Hafiz Zeynalov (azərb. Hafiz Əliabbas oğlu Zeynalov ‎; d. 23 iyul 1927, ö. 2 may 1996, Bakı) — Azərbaycanın əməkdar rəssamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Təhsili[redaktə | mənbəni redaktə et]

Hafiz Əliabbas oğlu Zeynalov 1927-ci il iyul ayı­nın 23-də Ba­kı­da ana­dan olmuşdur. 1942–1945-ci il­lər­də Ə.Əzim­za­də adı­na Azər­bay­can Döv­lət Rəs­sam­lıq Mək­tə­bin­də təh­sil almışdır. 1947–1953-cü il­lər­də Sankt-Pe­ter­burq­da İ.E.Re­pin adı­na Rəs­sam­lıq, Hey­kəl­tə­raş­lıq və Me­mar­lıq İns­ti­tu­tun­da oxu­muşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1954-cü il­də ilk də­fə ola­raq Ümu­mit­ti­faq rəs­sam­lıq sər­gi­sin­də - Tret­ya­kov Qa­le­re­ya­sın­da iş­ti­rak etmiş, elə hə­min il SSRİ Rəs­sam­lar İt­ti­fa­qı­nın üzv­lü­yü­nə qə­bul olu­nmuşdur. Onun şöh­rə­ti də hə­min dövr­lər­dən öl­kə xa­ri­ci­nə ya­yıl­ma­ğa baş­la­yıb. O, 1956-cı il­də Ümu­mit­ti­faq və Cə­nu­bi Qaf­qaz res­pub­li­ka­la­rı, ADR, MƏR, Əl­cə­za­ir­də­ki sər­gi­lər­də iş­ti­rak etmişdir. 1982-ci il­də Ba­kı­da, 1983-cü ilin may ayın­da Mər­də­kan­da, hə­min ilin iyul ayın­da Sum­qa­yıt şə­hə­rin­də, 1988-ci il­də ye­nə də Ba­kı­da fər­di ya­ra­dı­cı­lıq sər­gi­lə­ri ke­çi­ri­lmişdir[1].

Hafiz Zeynalov hə­lə İ.E.Re­pin adı­na Sankt-Pe­ter­burq Rəs­sam­lıq Aka­de­mi­ya­sın­da təh­sil al­dı­ğı il­lər­də ən çə­tin sa­yı­lan janr­la­ra mü­ra­ci­ət etmiş, ta­ri­xi möv­zu­lar­da əsər­lər ya­rat­ma­ğa ça­lı­şır­dır. Onun gənc­lik il­lə­rin­də uğur­lu iş­lə­rin­dən bi­ri "Ba­kı neft sə­na­ye­si fəh­lə­lə­ri it­ti­fa­qı­nın 1905-ci il ic­la­sı" idi və bu əsər onun dip­lom işi olmuşdur. Hafiz Zey­na­lo­vun gənc­lik il­lə­rin­də çək­di­yi əsər­lər P.Ko­rin, S.Ge­ra­si­mov, B.İo­han­son, V.Se­rov ki­mi gör­kəm­li sə­nət­kar­la­rın iş­lə­ri ilə ya­na­şı nü­ma­yiş et­di­ri­lir­di.

Rəs­sa­mın "Şir­van­şah­lar sa­ra­yı", "İçə­ri Şə­hər", "Ba­kı­da ilk qar", "Ba­kı­da məs­cid" ki­mi bən­zər­siz sə­nət əsər­lə­ri Ba­kı və Ab­şe­ron tor­pa­ğı­nın zən­gin­li­yi­ni, ta­ri­xi abi­də­lə­ri­ni əks et­di­rir­di. Onun "Xə­zə­rin sa­hi­lin­də", "Bi­zim bağ­da", "Ab­şe­ron­da ax­şam", "Zu­ğul­ba qa­ya­la­rı" və di­gər əsər­lə­ri bu qə­bil­dən­dir. Rəs­sam "Nə­si­mi", "Nəi­mi", "Ni­za­mi­nin gənc­li­yi", "Məm­məd Ra­him", "Sə­məd Vur­ğun və Ni­ko­lay Ti­xo­nov" ki­mi əsər­lər ya­ra­tmışdır. "Hü­seyn Ca­vid və Mi­ka­yıl Müş­fiq", "Mir­zə Fə­tə­li Axun­dov", "Mə­həm­məd Fü­zu­li" əsər­lə­ri bu ba­xım­dan çox əhə­miy­yət­li­dir. Hafiz Zey­na­lov öz por­tret­lə­ri­ni də çə­kmişdir. "Fır­ça ilə av­to­por­tret", "Ma­vi köy­nək­də av­to­por­tret", "Hə­sir şlya­pa­lı av­to­por­tret" və s. On­lar rəs­sa­mın hə­ya­tı­nın müx­tə­lif dövr­lə­rin­də çəkilmişdir[1].

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Hafiz Zeynalov 1991-ci il­də Azər­bay­ca­nın əmək­dar rəs­sa­mı adı­na la­yiq gö­rü­lmüşdür.

Vəfatı[redaktə | mənbəni redaktə et]

1996-cı ilin ma­y ayının 2-də vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Əmək­dar rəs­sam Ha­fiz Zey­na­lov". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-09.