Hadera — Vikipediya

Şəhər
Hadera
ivr.חֲדֵרָה‏‎
ərəb. الخضيرة
Gerb
Gerb
32°27′ şm. e. 34°55′ ş. u.
Ölkə  İsrail
Dairə [[Hayfa dairəsi]]
Mer Zvika Gendelman
Tarixi və coğrafiyası
Əsası qoyulub 1891
Yaşayış məntəqəsi statuslu 1952
Sahəsi 53 km²
Mərkəzin hündürlüyü 42 m
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 91 707 nəfər (2016)
Milli tərkibi yəhudilər
Digər
hadera.muni.il
Xəritəni göstər/gizlə
Hadera xəritədə
Hadera
Hadera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hadera (ivr.חֲדֵרָה‏‎ Ḥadera ; ərəb. الخضيرةal-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-ƏvivHayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir.[1]

Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə LitvaLatviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır.

Demoqrafiya[redaktə | mənbəni redaktə et]

İsrail Mərkəzi Statistika Bürosunun 2013-cü ilin oktyabr ayına olan məlumatına əsasən Hadera şəhərinin əhalisi 91,634 nəfər təşkil etmişdi.[2] Üç ildən sonra 2016-cı ildə isə bu rəqəm artıq 91,707 nəfərə çatmışdır. 2013-cü ildə aparılmış hesablamalara görə, əhalinin 23,407 nəfəri Efiopiyadan buraya köç etmiş immiqrantlardan ibarət olmuşdur.

1922-ci ildə Fələstindəki Britaniya mandatlığının rəhbərliyi tərəfindən keçirilmiş siyahıya almaya əsasən Haderanın əhalisi 540 nəfər hesablanmışdır ki, bunun da 450 nəfərini yəhudilər, 89 nəfərini müsəlmanlar, 1 nəfərini isə xristian əhalisi təşkil edirdi.[3] Şəhər əhalisi 1948-ci ildən sonra stabil olaraq artmağa başlamışdır. 1955-ci ildə əhali iki dəfəyə yaxın artaraq 22,500 nəfərə çatmışdır. Əhali 1961-ci ildə 25,600, 1972-ci ildə 32,200 və 1983-cü ildə 38,700 nəfər təşkil etmişdir.

Haderada əhalinin ortalama yaşı 32.8 ildir.[4] 2007-ci il hesablamalarına görə şəhər əhalisinin 37,500 nəfəri kişilərdən, 39,200 nəfəri isə qadınlardan ibarət olmuşdur.

Əhalinin 99,2%-ni yəhudilər və qeyri-ərəblər təşkil edir. Ərəb əhalisi çox az saydadır.

Təhsil[redaktə | mənbəni redaktə et]

Şəhərdə ümumilikdə 42 məktəb yerləşir və bunların hər birində ümumilikdə 15,622 nəfər təhsil alır.

İsraildə öz növünə görə ilklərdən biri olan Hadera Demokratik Məktəbi 1987-ci ildə açılmışdır. Şəhərdə yerləşən "Technoda" elm və təhsil mərkəzi ən son model teleskop və planetarium da daxil olmaqla müxtəlif növ texnologiya ilə təchiz olunmuşdur.[5]

Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

Hadera aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər statusuna sahibdir:

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hadera". Jewish Virtual Library. 2016-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
  2. "Table 3 - Population of Localities Numbering Above 2,000 Residents" (PDF). Israel Central Bureau of Statistics. 30 iyun 2010. 2010-11-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 noyabr 2017.
  3. [1]
  4. "Statistical Abstract of Israel 2008". Israel Central Bureau of Statistics. 18 dekabr 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2017.
  5. "NJ Jewish News on-line - Reach for the stars". njjewishnews.com. 2012-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  6. "Charlotte Sister Cities Worldwide - Hadera". İstifadə tarixi: 30 noyabr 2008.[daimi ölü keçid]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]