Hacıbala Hüseynov — Vikipediya

Hacıbala Hüseynov
Doğum tarixi 13 yanvar 1912(1912-01-13)
Doğum yeri
Vəfat tarixi 8 yanvar 1967(1967-01-08) (54 yaşında)
Vəfat yeri
Fəaliyyəti müğənni, aktyor
Fəaliyyət illəri 1933–1967
Teatr Azərbaycan Dövlət Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni — 1959

Hacıbala Ağahüseyn oğlu Hüseynov (13 yanvar 1912, Şüvəlan, Bakı qəzası8 yanvar 1967, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacıbala Hüseynov 13 yanvar 1912-ci ildə Bakı qəzasının Şüvəlan kəndində anadan olmuşdur. O, orta məktəbi buradakı məktəbdə oxumuş, 1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə daxil olub. 1933-cü ildə truppaya solist götürülüb. Paralel olaraq kanservatoriyada oxuyan Hacıbala 1936-cı ildə təhsilini başa vurub.[1]

Hacıbala Hüseynov Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həmzə bəy rolunun ilk ifaçısı olmuşdur. O, 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur.[1]

Hacıbala Hüseynov 8 yanvar 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Tamaşa Müəllif Rol
Leyli və Məcnun Üzeyir Hacıbəyov
Əsli və Kərəm Üzeyir Hacıbəyov
Koroğlu Üzeyir Hacıbəyov Həmzə
Arşın mal alan Üzeyir Hacıbəyov
Nərgiz Müslüm Maqomayev
Şah İsmayıl Müslüm Maqomayev
Aşıq Qərib Zülfüqar Hacıbəyov Mahmud
Güloğlan
Vətən Qara Qarayev, Cövdət Hacıyev Alman zabiti
Nizami Əfrasiyab Bədəlbəyli Kəmaləddin
Sevil Fikrət Əmirov Məmmədəli bəy

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. 2017. səh. 46–47.