Hacıbəy Sultanov — Vikipediya

Hacıbəy Sultanov
Sultanov Hacıbəy Fərəculla oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Şağan
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ, Azərbaycan
Elm sahəsi astronomiya
İş yeri
Alma-mater BDU-nun Fizika-riyaziyyat fakültəsi
Təhsili
Mükafatları 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "İgidliyə görə" medalı "Şöhrət" ordeni
SSRİ Dövlət mükafatı

Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir.[1][2]

Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astrono­miya ekspedisiyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954- 1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956-1959), Şama­xı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vit­se-prezidenti (1976-1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.[1]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslan­dırmışdır.[1]

Şamaxı Astrofizika Rəsədxanasının təşkili, yaşayış və inzibati binaların, qur­ğuların tikintisinin başlanması, teleskop və başqa astronomik cihazların sifa­rişi, istifadəyə verilməsinə, eləcə də kadrların hazırlanmasına mühüm töhfə vermişdir. Teleskopların (xüsusən 2-metrlik reflektorun) alınıb quraşdırılması, elmi və yaşayış binalarının tikilib istifadəyə verilməsi, hazırlanmış elmi-texniki kadrların artıq rəsədxanada müstəqil fəaliyyətə başlamaları məhz onun rəh­bərliyi altında yerinə yetirilmişdir.[1]

Mükafat və təltifləri[redaktə | mənbəni redaktə et]

Hacıbəy Sultanovr respublikanın Əməkdar elm və texnika xadimi fəxri adına layiq görül­müşdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 "Sultanov Hacıbəy Fərəculla oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.
  2. "SULTANOV HACIBƏY FƏRƏCULLA OĞLU" (az.). nkpi.az. 2016-09-29. İstifadə tarixi: 2017-03-01.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]