Hacı Yusifli məhəlləsi — Vikipediya

Hacı Yusifli məhəlləsiŞuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb.[1] Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ənvər Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]