Hacı Məhəmməd Çələbi Əlici Qülhani — Vikipediya
Məhəmməd Çələbi Əlici | |
---|---|
Hacı Məhəmməd Çələbi Əlici Qülhani | |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular.
Həmçinin Bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Bakıxanov, Abbasqulu ağa. Gülüstani-İrəm (az.). Bakı: "Xatun Plyus". 2010. səh. 249