Hacı Əlikram — Vikipediya

Hacı Əlikram
1991 – 1995
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1940
Doğum yeri
Partiya

Hacı Əlikram (1940, Bakı) — Azərbaycan İslam Partiyasının ilk sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya "vətənə xəyanət"), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib. Azərbaycan İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub.

Hacı Əlikram və qardaşı bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]