Habertürk TV — Vikipediya

Habertürk TV
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah Əbdülhaqhəmid prospekti 25, Talimxana, Beyoğlu, İstanbul, Türkiyə[1]
Yaranma tarixi 20 mart 2001
Sahibi Ufuq Güldəmir (2001-2007)
Turxay Cinər (2007-h.h.)
Rəhbərlik Suat Tokdaş
Şüar Gücü azadlığındadır. (mart 2001-mart 2015)
Xəbər deyiləndə Habertürk (mart 2005-h.h.)
Qardaş kanallar Habertürk Radio (2001-h.h.)
Bloomberg HT (2010-h.h.)
Bloomberg HT Radio (2010-h.h.)
Show TVHD (2013-h.h.)
Show Türk (2013-h.h.)
Show Max (2013-h.h.)[2]
Sayt haberturk.tv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından[3] sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.[4] Əlavə olaraq İgid Buludun, şirkətin qəzeti olan "Habertürk qəzeti"-dəki yazarlığı da sona çatdı.

15 sentyabr 2014-cü il tarixində "HD" yayıma, 16 iyun 2013-cü il tarixində isə 16:9 (geniş çərçivə) formatlı yayıma keçən telekanal, 19 sentyabr 2016-cı il tarixində studiyasını yeniləmişdir.

Telekanalın ən çox izlənilən verilişlərindən biri Fateh Altaylının təqdim etdiyi "Təkbətək" verilişidir.[5]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  2. "Arxivlənmiş surət". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  3. http://www.hurriyet.com.tr/my-way-ile-ugurlandi-6692884
  4. "Arxivlənmiş surət". 2016-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
  5. "Arxivlənmiş surət". 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]