HTC — Vikipediya

High Tech Computer
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Sənaye Telekommunikasiya
Məhsulları smartfon, planşet
Təsis tarixi 15 may 1997
Baş qərargahın yeri Tayvan Taoyuan, Tayvan
İqtisadi göstəriciləri
Ümumi gəliri $9,84 mlrd. (2012)
Xalis mənfəəti $892 mln. (2007)
Əməliyyat mənfəəti $957 mln. (2007)
Struktur
İşçi sayı 16,846 (31 mart 2012)
HTC.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır.

Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.

Sonrakı dövrlərdə HTC yeni — Qtek adlanan brendini yaratmış, 2004-cü ildə isə Asiya ölkələrinə xidmət etmək məqsədilə Dopod müəssisəsi yaradılmışdır. 2006-cı ildə korporasiyanın idarə heyəti strateji qərar qəbul edərək öz məhsullarını vahid HTC brendi ilə təqdim etməyə başlamışdır.

Hazırda həm Windows Mobile, həm də Android platforması ilə telefonlar və kommunikatorlar istehsal edir. Şirkətin ən uğurlu markası 2010-cu ildə istehsal olunan HTC HD MİNİ olmuşdur.