Həsən xan Qubalı — Vikipediya

Həsən xan
Həsən xan Fətəli xan oğlu
1791 – 1796
ƏvvəlkiŞeyxəli ağa
1796-1797, 1799-1803 – 1797
ƏvvəlkiŞeyxəli xan
SonrakıŞeyxəli xan, İmamqulu bəy
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Quba şəhəri
Vəfat tarixi
Vəfat yeri Dərbənd şəhəri
Dəfn yeri Dərbənd şəhəri, Qırxlar qəbiristanlığı
Atası Fətəli xan
Anası Gülpəri xanım
Dini Şiə (İslam)

Həsən xan (1784, Quba şəhəri – 1803, Dərbənd) — Quba xanı Fətəli xanın kiçik oğlu, dövlət xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

1784-cü ildə Quba şəhərində anadan olmuşdur. İlisu sultanının qızı Gülpəri xanım Həsən xanın anasıdır.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Salyan naibi kimi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı təyin etdi. 1796-cı ilə qədər Salyan naibi olan Həsən ağa, sonralar Dərbəndin idarəçiliyi uğrunda mübarizə aparmışdır.

Quba və Dərbənd ətrafında fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1796-cı ildə Alpan və Quba ətrafında baş verən döyüşlərdən sonra Rusiya Həsən ağanı İlisudan çağıraraq Quba taxtına çıxardı. Noyabrın 3-də Həsən ağa Quba xanı elan edildi. Həsən xan azyaşlı olduğundan Baş komandanın müəyyənləşdirdiyi bir neçə ağsaqqal Quba xanlığının idarəsini həyata keçirməli idi. 1796–1797-ci illərdə Rusiyanın dəstəyi ilə Quba şəhərində hakimiyyəti əlinə alsa da, Şeyxəli xanın nüfuzunun çox olması ona bu ərazilərdə möhkəmlənməyə çətinlik yaratdı. Bulqakov 1797-ci il martın 12-də yazırdı ki, "Həsən xan əhalinin Şeyxəli xana tərəfdar olduğunu görüb Qubadan Dərbəndə köçmüşdür. Şeyxəli xan əhaliyə məktublar göndərərək rus qoşunları xanlıq ərazisini tərk etməkdə olduğu üçün yenidən ona tabe olmalarını tələb edirdi."

Rus hökuməti 28 avqust 1801-ci il tarixli fərmanla Həsən xanı Dərbənd, Şeyxəli xanı isə Quba hakimi kimi tanıdı. Bir müddət sonra Şeyxəli xan Həsən xanın idarəçiliyində olan Ulus mahalına hücum edərək, bir neçə kəndin əhalisini Qubaya köçürdü. Beləliklə, Həsən xanın idarəçiliyində yalnız Dərbənd şəhəri qaldı. Rus çarının 28 avqust 1800-cü il tarixli buyruğunda bir çox Azərbaycan xanlarına və Dağıstan hakimlərinə, o cümlədən Şeyxəli xan və Həsən xana öz aralarında sülh münasibətləri yaratmaları buyrulmuşdu. Bu buyruğun müəyyən nəticəsi oldu. Şeyxəli xan və Həsən xan Samurçayın sahilində görüşüb barışdılar və onların hər biri öz torpaqlarına geri döndü.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məlum olduğu kimi, Həsən xan 1800-cü ildə Nur-Cahan xanım ilə evlənib.

Vəfatı[redaktə | mənbəni redaktə et]

1803-cü ildə Həsən xan ağır xəstələnərək vəfat etdi. Şeyxəli xan Dərbəndə getdi, İmamqulu bəyi Dərbənd naibi təyin etdi və Həsən xanı hörmətlə, Dərbəndin Qırxlar qəbiristanlığında yerləşən Tuti-Bikə məqbərəsində dəfn etdi. Sonralar, Həsən xanın qəbri sökülmüş və sümükləri Kərbəlaya aparılmışdır. Məqbərədə, sonralar xanın həyat yoldaşı Nur-Cahan xanım da dəfn edildi.[1][2]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə
  • В. Н., Левиатов (1948). Очерки из истории Азербайджана в XVIII веке. Баку: Изд-во Академии наук Азербайджанской ССР.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Березин, Илья Николаевич. Путешествие по Дагестану и Закавказью (rus). Kazan. 1850. 139.
  2. "Dərbəndin Qırxlar qəbiristanlığı: "Tuti Bikə məqbərəsi" barədə İlya Berezin yazırdı ..." 2023-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-27.