Həsən mahalı — Vikipediya

Mahal
Həsən mahalı
Ölkə Şirvan xanlığı
Daxildir Şirvan bəylərbəyliyi
Şirvan xanlığı
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu
Şirvan xanlığının mahalları. 18-ci əsrin sonu

Həsən mahalıŞamaxı xanlığının mahallarından biri. Göyçay çayı ilə Girdiman çayı arasında yerləşirdi. Mahala Diallı, Yuxarı İsmayıllı, Gülyan, Müskürlü, Vəlibinə, Kirki və s. kəndlər daxil olmuşdur. Mahalın əhalisi, əsasən əkinçilik və sənətkarlıqla məşğul olurdu. Kirki kəndinin əhalisi, əsasən misgərlik, boyaqçılıq, dəmirçilik və başmaqçılıq kimi sənətkarlıq sahələri ilə məşğul idilər. Bu kənddə yaşayan 25 ailə Qarabağdan gəlmə idi. Bu kənd Mustafa xanın həyat yoldaşı Kiçkinə xanıma məxsus olmuşdur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bayramova Nailə. Şamaxı xanlığı (PDF). Bakı: "Təhsil". 2009. səh.28. Archived from the original on 2016-12-28. İstifadə tarixi: 2018-02-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]