Həsən Ağasoy — Vikipediya

Həsən Ağasoy
Doğum adı Həsən Ağayev
Doğum tarixi (66 yaş)
Doğum yeri Gülüstan kəndi, Culfa rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1979–indiyə kimi
Təhsili
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Mükafatları
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1999 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989
"Tərəqqi" medalı — 2008

Həsən Vəliqulu oğlu Ağayev (Ağasoy) ( 27 mart 1958, Gülüstan, Culfa rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1999).

Həyat və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib. 1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb.[1] 2005–2010-cu illərdə[2], 9 may 2018-ci ildə[3] və 6 may 2023-cü ildə[4] Prezident Mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Tərəqqi" medalına layiq görülüb.

Teatroqrafiya[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun oynadığı rolların bir qismi:

Müəllifin adı Əsər Oynadığı rol
Hüseyn Cavid "Ana" Orxan
"İblis" İblis
"Uçurum" Əkrəm bəy
"Şeyda" Əşrəf bəy
Şeyx Sənan Simon, Dərviş
Zessinq Müdrik Natan Natan
Çingiz Aytmatov Manqurt Yedigey
Cəlil Məmmədquluzadə "Dəli yığıncağı" Fazil
Nəriman Nərimanov "Nadanlıq" Hacı Abdulla
"Nadir şah" Cavad
Nəriman Həsənzadə "Atabəylər" Nizami Gəncəvi
Taleh Həmid "Yəhya bəy Dilqəm" Böyükağa
Elçin Əfəndiyev "Arılar arasında" Baba

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. Prezident mükafatçıları Həsən Ağasoy, Tamerlan Bağırov və başqalarından, Naxçıvan, Azərbaycan.
  3. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-06.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]