Həsən Əliyev (akademik) — Vikipediya

Həsən Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1907(1907-12-15)
Doğum yeri
Vəfat tarixi 2 fevral 1993(1993-02-02) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Atası Əlirza Əliyev[d]
Anası Narıngül Əliyeva
Uşağı
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi coğrafiya, Torpaqşünaslıq
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Vətən Müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni “Əmək igidliyinə görə” medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar elm xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Əlirza oğlu Əliyev (15 dekabr 1907, Comardlı, Zəngəzur qəzası2 fevral 1993, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru[1](1968–1987).

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olmuşdur.

1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvanana gəldikdən sonra 1917–1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur.

1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasına daxil olub və 1934-cü ildə oranı bitirib.

1934-cü ildə 27 yaşlı Azərbaycan Kənd Təsərrüfatı Pambıqçılıq İnstitutunun Ucar rayonu mərkəzində yerləşən Şirvan Zona-Təcrübə Stansiyasının direktoru vəzifəsinə təyin edilir. İki il orada işlədikdən sonra keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq bölməsinin elmi işçisi vəzifəsinə işə götürülür və eyni zamanda həmin bölmənin elmi katibi vəzifəsini də icra edir (1935–1941-ci illər). 1935-cı ildə o, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvlüyünə qəbul edilir. Elmi-tədqiqat işi ilə yanaşı, ali məktəblərdə də dərs deməyə başlayıb. 1937-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində assistent vəzifəsində işləməsinə zəmin yaratdı. 1939-cu ildə keçmiş Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvlüyünə daxil olmuşdur.

1941-ci ildə könüllü olaraq ordu sıralarına gedir. 1943-cü ildə Şimali Qafqazda alman faşist işğalçıları ilə qızğın vuruşda ağır yaralandıqdan sonra Bakıya qayıdır. Uzun sürən müalicədən sonra yenidən keçmiş SSRİ EA Azərbaycan filialına işə daxil olur və həmin il (1943) Coğrafiya bölməsinə rəhbərlik etməyə başlayır. Coğrafiya bölməsinin rəhbəri ola-ola namizədlik dissertasiya müdafiə edərək 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alır.

1944-cü ildə Torpaqşünaslıq və Aqrokimya bölməsinə elmi işlər üzrə direktor müavini təyin edilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqda, həmin bölmə instituta çevrildiyindən, 1949-cu ilə qədər həmin institutuda direktor müavini vəzifəsində işləyib.

1945-ci ildən yenidən APİ-nin (indiki ADPU) coğrafiya fakültəsinə baş müəllim vəzifəsinə dəvət edilmiş, həmin institutda 1949-cu ilə qədər işləmişdir. (1948–1949) ADPİ-da torpaq coğrafiyasından dərs deyib.

1946–1962-ci illərdə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri olmuşdur.

1949–1952-ci illər AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışarkən İnstitutunun inkişafında böyük işlər görüb. Kənd təsərrüfatı elminin müxtəlif sahələrini hərtərəfli bilməsi və yüksək təşkilatçılıq qabiliyyətinə malik olması sayəsində 1952-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirinin birinci müavini və həmin il Azərbaycan KP MK katibi vəzifələrinə irəli çəkilir.

1952-ci ildə Azərbaycanın keçmiş Mərkəzi Komitəsində baş verən struktur dəyişikliklərinə Azərbaycan EA-nın akademik-katibi vəzifəsini icra edir və həmin ildə də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilir.

1952-ci ildən sonra Azərbaycan EA-nın quruculuq işində, elmi istiqamətlərinin müəyyənləşdirilməsində, yeni elmi-tədqiqat institutları, bölmə və şöbələrinin təşkilində, kadr hazırlığında faydalı əmək sərf etmişdir.

SSRİ EA və müttəfiq respublikaların Elmlər akademiyaları arasında ilk dəfə olaraq 1955-ci ildə Azərbaycan EA Rəyasət Heyəti nəzdində Təbiəti Mühafizə Komissiyası təşkil etmişdi. Bu komissiyaya da o özü başçılıq etmişdi. Azərbaycan SSR Ali Sovetinin (10-cu11-ci çağırış) deputatı olmuşdur. Lenin ordenı, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N.İ. Vavilov adına Qızıl medalıilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Həsən Əliyevin adınadır.[2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

oğlu-Rasim Əliyev

Rasim Həsən oğlu Əliyev — Azərbaycan memarı və rəssamı; Azərbaycan Respublikasının əməkdar memarı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü.

Elmi yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əsas elmi yaradıcılığı torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. Cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət vermişdir.

Meşə torpaqları sahəsi onun elmi yaradıcılığına daha doğma idi. 1957-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərkibində Meşə torpaqları laboratoriyası təşkil etmiş və 35 ilə qədər bu şöbənin rəhbəri olmuşdur. 1968-ci ildə Coğrafiya İnstitutunun direktoru təyin edilməsi ilə əlaqədar həmin şöbə Coğrafiya İnstitutuna köçürüldü. Azərbaycan EA-nın həqiqi üzvü seçildikdən 17 il sonra 1965-ci ildə Böyük Qafqazın torpaqları və ondan səmərəli istifadə yolları (Azərbaycan SSR daxilində) adlı doktorluq dissertasiyası müdafiə edərək, kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. 1968-ci ildən 1987-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının geniş elmi profilli iri institutlarından birinə – Coğrafiya İnstitutuna başçılıq etmişdir. Onun rəhbəri olduğu institutda 19 il ərzində coğrafiya elmi daha da inkişaf etmiş, elmi kadr potensialı artmış, elmin xalq təsərrüfatına xidməti təmin olunmuşdu.1969-cu ildə akademikin təşkilatçılığı və başçılığı ilə Bakı şəhərində keçirilən Təbiəti mühafizə üzrə VI Zaqafqaziya müşavirəsi Azərbaycanda ətraf mühit ilə bağlı elmlərin inkişafına ciddi təkan verdi. Bu konfransın təsiri nəticəsində 1970-ci ildə Coğrafiya İnstitutunda Təbiəti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə şöbəsi təşkil edildi. Bu şöbənin yaranması təbiəti mühafizəyə dair onlarca elmi məqalə və monoqrafiyanın nəşr edilməsinə səbəb olmuşdu.

Akademik H.Ə.Əliyev YUNESKO xətti ilə çox böyük işlər görmüş və MAB-ın (İnsan və Biosfer) Azərbaycan təşkilatına uzun illər başçılıq etmişdi. 1977-ci ildə YUNESKO-nun İnsan və biosfer üzrə birinci layihəsinin (tropik və subtropik ekosistemlər üzrə) Sovet Milli Komitəsinin üzvü seçilmişdi. 1977-ci ildə YUNESKO xətti ilə Tbilisidə keçirilmiş Birinci Dövlətlərarası konfransın iştirakçısı olmuşdu.

1976-cı ildə Bolqarıstanda, 1979-cu ildə Macarıstanda mühazirə oxumaq üçün dəvət edilmişdi. 1975-ci ildə Respublikada Coğrafiya Cəmiyyətinin prezidenti seçilmiş və bu ictimai təşkilata 1990-cı ilə qədər rəhbərlik etmişdi. 1981-ci ildə keçmiş AFR-də Sovet – Qərbi Almaniya simpoziumunda iştirak etmişdi. 1982-ci ildə ABŞ-də Tukson Dünya Universitetinin təbiəti mühafizə üzrə fəxri mədəniyyət doktoru seçilmişdi.

Moskva, Aşqabad, Daşkənd, Səmərqənd, Tbilisi, Sankt-Peterbuq və bir çox başqa şəhərlərdə keçirilmiş beynəlxalq və ümumittifaq simpoziumlarda, konqres və konfranslarda məruzələrlə çıxış etmişdi. 1987-ci ildə Coğrafiya İnstitutunun direktorluğu vəzifəsindən azad olunmuşdu və həmin institutun müdiriyyəti nəzdində məsləhətçi təyin edilmişdi. 1940–1985-ci illər ərzində 751 əsər dərc etdirmişdir.[3]

Əsas əsərləri[redaktə | mənbəni redaktə et]

  • 1940-cı ildə çapdan çıxmış ilk kitabı olan Pirsaat çayının aşağı axını torpaqlarının tədqiqatı na Respublika Akademiyasının mükafatı verilmişdir.
  • 1953 — Azərbaycan SSR Torpaqları
  • 1953 — Azərbaycanın Böyük Qafqaz hissəsinin torpaqları adlı ikicildlik
  • 1976 Həyəcan təbili
  • 1970- Azərbaycan təbiəti jurnalını nəşr etdirməyə başladı.
  • Təbiətin keşiyində (X.N.Həsənovla birgə)
  • Meşənin taleyi insanın əlindədir (M.Y.Xəlilovla birgə)
  • ПочвыаридныхредколесийпредгорийБольшогоКавказа Экологическиеособенности
  • ПочвыНахичеванской АССР
Həsən Əliyevin 90 illik yubileyinə həsr olunmuş poçt markası.
  • Qəhveyi meşə torpaqları
  • Azərbaycanın Kür ətrafı Tuqay meşələri (M.Y.Xəlilovla birgə)
  • Böyük Qafqazın Şimal Şərq hissəsinin meşə və meşə-bozqır torpaqları
  • Həkərəçay hövzəsinin dağ-meşə torpaqları və onlardan səmərəli istifadə edilməsi (Ş.N.Mirzəyevlə birgə)
  • Земельны ересурсы Азербайджана, ихрациональное использование и охрана (в соавторстве с Ш.Г.Гасановым и Р.А.Алиевой)
  • 1955-ci ildən başlayaraq təbiətin qorunması ilə əlaqədar dövr mətbuatda çox sanballı MƏQALƏLƏR nəşr etdirirdi:
  • Azərbaycan SSR-də təbiəti mühafizə elminin inkişafı,
  • Azərbaycan SSR-də təbii sərvətlərin qorunması, artırılmasının vəziyyəti,
  • Azərbaycanın təbiət parkları,
  • Ana təbiətə övlad qayğısı,
  • Bizim meşələr,
  • Vətənimizin yaşıl libası,
  • Yeni qoruqlarımız,
  • Məhsul və gübrə və s.

Elmi populyar məqalələri[redaktə | mənbəni redaktə et]

  1. Taxıl itkisinə ciddi mübarizə aparmalı.[4]
  2. Qiymətli yem bitkiləri-şəmbələ[5]
  3. Qədim Yunanıstanda.[6]
  4. Mədəniyyət abidələrinin qorunması.[7]
  5. Üç gün Bombeydə.[8]
  6. Qoy təbiət daha füsünkar olsun.[9]
  7. Yaşıl yem.[10]
  8. Təbiətin gözəlliklərini qoruyaq.[11]
  9. Sərhəd tanımayan sərvətlər.[12]
  10. Azərbaycanın təbiət imkanları.[13]
  11. Bir ağac əksək-təbiətə yadigardır.[14]
  12. Yaponiya səfəri-EKSPO-70 Ümumdünya sərgisindən qeydlər.[15]
  13. Elm və təbiət: SSRİ RA-nın 250 illiyi qarşısında.[16]
  14. Torpaqdan səmərəli istifadə edilməlidir.[17]
  15. Məhsul və gübrə:[18] və s.

Xəritələr[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR sxematik torpaq xəritəsi[19]
  • Azərbaycan SSR Qusar rayonun torpaq xəritəsi.1959
  • Azərbaycan SSR Dəvəçi rayonunun dağ hissəsinin torpaq xəritəsi.-1959
  • Azərbaycanın torpaq xəritəsi.[20]
  • Azərbaycan SSR Atlası.[21] və s.

Redaktə etdiyi əsərlər[redaktə | mənbəni redaktə et]

  • İzümov A.N. Xaçmaz və Vudat rayonlarının torpaqları.[22]
  • Azərbaycanm SSR Elmlər Akademiyası Coğrafiya İnstitutu gənc alimlərinin VIII elmi kobfransının materiaları.[23]
  • Həsənov X.N. Həsən bəy Zərdabi Azərbaycanda torpaqşünaslıq və aqrokimya elmlərinin banisidir.[24]
  • Coğrafiya terminləri lüğəti[25]
  • Azərbaycan toponimiyasının öyrənilməsinə həsr edilmiş elmi konfransın materialları.[26]
  • Əfəndiyev M.R. Zaqatala dövlət qoruğu.[27]
  • Budaqov B.Ə. Təbiəti qoruyaq.[28] və s.

Beynəlxalq fəaliyəti[redaktə | mənbəni redaktə et]

Həsən Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr etmişdir.

Haqqında[redaktə | mənbəni redaktə et]

  • B.Ə.Budaqov Çay kimi çağlayan ömür[29]
  • Elin oğlu akademik Həsən Əliyev haqqında xatirələr- 100[30]
  • Ekologiya: Təbiət və Cəmiyyətin problemləri. akademik Həsən Əliyevin 100 illik yubileyi haqqında

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Böyük ömrün 7 anı filmi — Lider TV (15.12.2007)

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Respublika Prezidentinin Fərmanı
  2. B.Ə.Budaqov Akademik Həsən Əliyev- Elmin Korifeyi Bakı, Eım, 2007
  3. Azərbaycanın Elm və Mədəniyyət xadimləri (Biblioqrafiya) Bakı , Elm.-2007-s. 127
  4. Kommunist 1951–18 iyun
  5. /Azərbaycan Sosialist kənd təssərrüfatı 1953- № 4 s.29–31, 3 şəkil
  6. Bakı −1958, 13 noyab
  7. Beşinci çağırış Azərbaycan SSR Ali Sovetinin iclası. (II sessiya) Bakı, 1959, s.52–57
  8. Elm və həyat 1961 № 10 s.18–19 5 şəkil
  9. Bakı 1964–9 yanvar
  10. Sovet kəndi. 1965–14 sentyabr
  11. Azərbaycan müəllmi- 1966 2 oktyabr
  12. Elm və həyat-1967- № 1, s.1–3, 4 şəkil
  13. Elm və həyat 1968- № 8 s.1–3. 3 şəkil
  14. Azərbaycan pioneri-1969–5 mart.
  15. Ədəbiyyat və incəsənət 1970–29 avqust c.14–15
  16. Qırmızı bayraq-1974–25 may.
  17. Kommunist −1977–28 yanvar
  18. SSRİ-60 Covet kəndi-1981–21 aprel
  19. V.R.Volobuyevlə birlikdə. 1949.
  20. H.Ə.Əliyev,Ş.G.Həsənov, N.Ş.İsgəndərov, M.R.Babayev, Q.Ş.Məmmədov N.BGKİ,1980.
  21. SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsi. M., 1979–40 s.
  22. Bakı: Azərb SSR EA nəşri,1954.-250s.
  23. Bakı,Elm.1970–94 s. Azərbaycan və rus dillərində
  24. Bakı: Elm,1972–62 s.
  25. Bakı: Elm,1972 109 s. R.Ə.Yüzbaşov,K.T. Ramazanov
  26. Bakı. Elm. 1973–163 s.
  27. Bakı: Elm,1974 30 s.
  28. Bakı, Elm, 1977, 63 s.
  29. Bakı, 2007 Elm, — 200 s.
  30. Bakı, "Elm" 2007