Həşim Arslanov — Vikipediya

Həşim Arslanov
özb. Hoshim Arslonov
Doğum tarixi 1 avqust 1956(1956-08-01)
Doğum yeri
Vəfat tarixi 29 may 2020(2020-05-29) (63 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1977–2017
Mükafatları Özbəkistanın əməkdar artisti
IMDb ID7556784

Həşim Arslanov (özb. Hoshim Arslonov; 1 avqust 1956, Nəməngan29 may 2020, Daşkənd) — Özbəkistan teatr və kino aktyoru, Özbəkistan Respublikasının Əməkdar artisti.

Həyatı[redaktə | mənbəni redaktə et]

Həşim Arslanov 1 avqust 1956-cı ildə Nəməngan vilayətinin Çust şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Ostrovski adına Daşkənd Dövlət Teatr İnstitutuna daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. 1977-2017-ci illərdə Özbəkistan Milli Akademik Dram Teatrının aktyoru kimi çalışmışdır[1]. Həşim Arslanov dublyaj sahəsində uzun müddət uğurla fəaliyyət göstərmişdir. Yaradıcılığı boyu 1000-dən artıq film və seriala özünəməxsus səsi ilə özbək dilində həyat verib. Onun səsi "Karib dənizinin quldurları", "Harri Potter", "Üzüklərin hökmdarı" kimi dünyaşöhrətli filmlər üçün məxsusi hesab olunurdu. Həşim Arslanov "İçəridə" serialındakı Cəlal Duman obrazını böyük ustalıqla səsləndirmişdir və onun səsi olmadan bu rolu təsəvvür etmək mümkün deyildi. Həşim Arslanov 29 may 2020-ci ildə Daşkənddə vəfat etmişdir[2][3]. Son rolunu "101-ci reys" filmində ifa etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

  • Cəmşid Arslanov — aktyor (13 may 1978-ci il)[4].
  • Babur Arslanov — aktyor.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2001 — Özbəkistan Respublikasının Əməkdar artisti.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • 1960 — "Oyanış"
  • 1996 — "Margiana" (özb. Margʻiyona)
  • 1997 — "Dağlarda uzun əks-səda" (özb. Otamdan qolgan dalalar) — Xəlilov
  • 1997-1998 — "Qəlbin küçələri"
  • 1998 — "Yanğından yanmış tarlalar"
  • 1998 — "Şeytan" (özb. Shaytanat)
  • 2000 — "Alpamış" (özb. Alpomish)
  • 2006 — "Molla Nəsrəddin: Oyun başlanır" (özb. Xoʻja Nasriddin: Oʻyin boshlandi)
  • 2007 — "Aprel, may"
  • 2007 — "Atlı" (özb. Chavandoz)
  • 2008 — "Vəkillər"
  • 2010 — "Sözsüz məhəbbət"
  • 2010 — "Küçənin günəşli tərəfində"
  • 2010 — "Dinozavrın izi" — Husan
  • 2011 — "Mən narahat deyiləm"
  • 2011 — "Kasos" (özb. Qasos) — polis generalı
  • 2011 — "Qardaşım quldurdur" (özb. Mening akam bo'ydoq) — Zümradın atası
  • 2011 — "Fədailər" (özb. Fidoiylar) — Urazov
  • 2011 — "Sonuncu zəng" — Davronun atası
  • 2011 — "Bacım"
  • 2011 — "Azad qız" — Malikinin atası
  • 2012 — "İndi atam subaydır?" (özb. Endi dadam bo'ydoq?) — Zümradın atası
  • 2013 — "Kirayənişinlər" (özb. Ijarachilar)
  • 2013 — "Bağlı talelər" (özb. Tutash taqdirlar) — Bəxtiyar
  • 2014 — "Son nəfəsimə qədər" (özb. So'nggi nafasimgacha)
  • 2016 — "Arzular mövsümü" (özb. Orzular fasli) — Boriboy
  • 2018 — "Mis günəş" — general
  • 2018 — "Qara zərbə"
  • 2022 — "101-ci reys" (özb. 101-reys) — Zərif Səidəzimov

Dublyaj fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]