Hüseyn Dərya — Vikipediya

Hüseyn Dərya
Hüseyn Cahangir oğlu Muradov
Ümumi məlumatlar
Ləqəbi Hüseyn Dərya
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti Repçi, aktyor
Fəaliyyət illəri 2000–2014
Janr Hip-hop
Təhsili
  • 4 saylı fars dili təmayüllü internat məktəbi[d]

Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı[1]15 mart 2014, Bakı[1]) — Azərbaycan repçisi və aktyor.

Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur.

Hip hop karyerası 2000-ci ildən başlayıb.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ölümü[redaktə | mənbəni redaktə et]

Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.[3]

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb.[4] Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib.[4]

Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib.[4] Vida mərasiminə Hüseyn Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı sənət dostları və həmkarları da qatılıblar. Onun ilə uzun illər aralarında münaqişə olan Anar Nağılbaz da mərasimə qatılıb.[4] Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.[4]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda xanımdan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, 2-ci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var[5].

İrsi[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Azərbaycan repçisi DaDo və müğənni Natavan Həbibi Hüseyn Dəryanın xatirəsinə "Yat dostum" mahnısını həsr edib.[6]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

Studiya albomları
Ad İl Albomun üz qabığı Qeyd
2 Həyat 2002
Keçdi günlər 2004
2 Yol

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Freebase Data Dumps. Google.
  2. "Hüseyn Dəryanın oğlundan atasına ürəksızladan bayram təbriki". baku.ws. baku.ws. İstifadə tarixi: 6 fevral 2019.
  3. "ŞOK FAKT: "Hüseyn Dəryaya SUİ-QƏSD EDİLİB" - VİDEO". 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  4. 4,0 4,1 4,2 4,3 4,4 "Hüseyn Dərya dəfn olundu". milli.az. milli.az. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2019.
  5. Aytən Həsənova. "Hüseyn Dəryanın oğlu rep dedi - Foto" (az.). teleqraf.com. 02 İyun 2014 - 12:13. 2014-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.
  6. "Сын Гусейна Дарья снялся в клипе «Yat dostum» (Видео)". www.kaspiy.az. www.kaspiy.az. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]