Hörümçəklər (Aranea) — Vikipediya

Hörümçəklər
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Quruluşu[redaktə | mənbəni redaktə et]

Ölçüləri 0.8 mm - 11 sm intervalında dəyişən, çox geniş rəngarəng çalarlara, mürəkkəb naxışlara malik hörümçəklər yırtıcı canlılar olub, Yer kürəsinin hər yerində və müxtəlif şəraitlərdə - Afrika və Amerika səhralarında, Qrenlandiya buzlaqlarında, dəniz səviyyəsindən 7 min metrə qədər yüksəkliklərdə yaşayır.

Hörümçəklərin bədəni baş-döşdən və qarıncıqdan ibarətdir.Baş-döşdə 6 cüt ətraf vardır. Öndə yerləşən 2 cüt ətraf – xeliser və pedipalplar qidanı tutmağa və xırdalamağa xidmət edir. Qalan 4 cüt baş-döş ətrafları gəzici ayaqlar rolün oynayır. Səfil hörümçəklər ovunu güdür, hoppanan hörümçəklər şikarın üzərinə öz ölçülərindən 75 - 80 dəfə böyük məsafədən hoppanır. Bu xüsusiyyət şikara qədər olan məsafənin çox dəqiq hesablanmasını tələb edir. Bu funksiyanı baş-döşün ön hissəsində yerləşən 6-8 ədəd göz təmin edir. Digər buğumayaqlılardan fərqli olaraq hörümçəklərin gözləri faset yox, linza tiplidir. İki orta (əsas) gözlər digərlərinə nisbətən iri olur. Yan gözlər hər hansı bir hərəkəti fiksə etmək üçündür. Bu gözlərin köməkliyi ilə hörümçəyin beynində obyektin dəqiq həcmi xəyalı yaranır. Qarıncıqda tor ziyilləri yerləşir. Zülaldan ibarət olan tor maye halında olub havada polimerləşir. Hörümçək tordan müxtəlif məqsədlər üçün istifadə edir: tutucu torun qurulması, yumurta baramasının, tor çərçivəsinin hazırlanması və s.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Oturaq həyat tərzi keçirən hörümçəklər isə tordan çox mürəkkəb quruluşa malik tutucu qurğular düzəldir, ovu zəhəri ilə öldürürlər.

Qidalanması[redaktə | mənbəni redaktə et]

Hörümçəklərin əsas qida obyekti müxtəlif növ cücülərdir. Su hörümçəkləri su həşəratlarının sürfələrini, kiçik xərçəngləri, balıq körpələrini ovlayır. Nəhəng tropik hörümçəklər kiçik quşları da yeyir.Hörümçək şikarını zəhəri ilə öldürdükdən sonra həzm şirəsi buraxır. Erkək fərdin ölçüləri, adətən dişidən kiçik olur. Bəzi hallarda bu fərq 1000 dəfədən çox olur

Çoxalması[redaktə | mənbəni redaktə et]

Bəzi hallarda erkək fərd dişini mayalandırdıqdan sonra dişi fərd tərəfindən yeyilir. Nəsil qayğısına qalmaq onlar üçün səciyyəvidir. Yumurta baramaya qoyulur. Dişi fərd baramanı ya özü ilə gəzdirir, ya da bərk cismlərə (kol, ağac, daş) yapışdırır. 30-40 gündən sonra yumurtadan çıxan hörümçəklər öz müstəqil torlarını qururlar. Əksər hörümçəklər 1 il, iri quşyeyən hörümçəklər isə 7-8 il yaşayır.

Canlılarla əlaqəsi[redaktə | mənbəni redaktə et]

Hörümçəklərin böyük əksəriyyətinin zəhəri insan üçün tamamilə ziyansızdır. Yalnız bəzi növlərin, xüsusilə qaraqurdun (Latrodectus tredecimguttatus) sancması ölümlə nəticələnə bilər. Heyvanlar aləmində hörümçəklər ən geniş yayılmış dəstələrdən biridir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Hörümçəklərin bioloji müxtəliflikdə özünəməxsus və əvəzolunmaz yeri vardır. Onlar təbiətdə bir çox həşəratların say tənzimləyicisi rolunu oynayır, bəzi canlıların, xüsusilə Arıkimilər (Pompilidae) fəsiləsindən olan cücülərin şikarı rolunda çıxış edir, onların nəsli çoxalmasında müstəsna rol oynayırlar.

  • Dünyada 109 fəsiləyə aid 42 minə yaxın növ, Azərbaycanda 44 fəsiləyə aid 700-ə yaxın növ aşkar edilmişdir.
  • Hörümçəklər içərisində Lycosidae fəsiləsinə aid olan canavar hörümçək (tarantul) — Lycosa tarantula bir çox həşəratların, xüsusilə ziyanvericilərin (ayaqquyruqlular, milçəklər və onların sürfələri ilə qidalanmaqla) sayını tənzimləməklə kənd təsərrüfatı və təbii ekosistemlərdə xüsusi əhəmiyyət daşıyır. Fəsilənin bütün üzvlərinin 3 sırada yerləşmiş 8 gözü olur (Şəkil 7.60). Birinci (aşağı) sıra 4 xırda gözdən ibarətdir. İkinci orta sırada 2 böyük göz olur. Üçüncü (yuxarı) sıra gözləri bir cüt olub, yan tərəflərdə yerləşir. Hörümçəklər üçün görmə xüsusi əhəmiyyət daşıyır. Tarantul digər hörümçəklər kimi yumurta qoyaraq barama toxuyur. Dişi fərd yumurtadan çıxmış bala hörümçəkləri (40 – 100 ədəd) onlar sərbəst qida tapmaq vərdişi əldə edənə qədər qarıncığında daşıyır.

Mənbə[redaktə | mənbəni redaktə et]