Hörümçəklər — Vikipediya

Hörümçəklər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Dəstə:
Hörümçəklər
Beynəlxalq elmi adı

Hörümçəklər (lat. Araneae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Növ tərkibinə görə (21000-dən çox) son dərəcə zəngin dəstədir. Hörümçəklər geniş yayılmışdır. Hörümçəklərin tor vəzilərinə malik olmaları təkamüldə mühüm rol oynayır. Növün mövcud olmasında — onun qidalanmasında, çoxalmasında, yayılmasında və əlverişsiz mühitə dözümlülüyündə tor vəzilərinin əhəmiyyəti böyükdür.[2] və onların çoxalması 31 vasitəsilə olur.

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Hörümçəklər 0.8 mm-dən 11 sm-ə qədər ölçüdə olurlar. Baş-döş şöbə bütöv örtüyə malikdir. Ön hissədə 4 cüt gözlər yerləşir. Xeliserlər qısa olub, 2 buğumludur. Hörümçəklər xeliserləri vasitəsilə bir neçə funksiyanı yerinə yetirir: şikarı tutur, müdafiə olunur, baramasını daşıyır, cütləşmə zamanı erkək fərd dişi fərdi tutub saxlayır.

Pedipalplar ayaqlara oxşayır, nisbətən qısadır və caynaqla nəhayətlənir. Caynaqların arasında empodiy adlanan yastıqcıq yerləşir. Həyat tərzindən asılı olaraq hörümçəklərin ayağı müxtəlif uzunluqda olur və müxtəlif funksiyalar yerinə yetirir. Hörümçəklərin ayaqları dadbilmə və iybilmə hiss orqanları ilə zəngindir.

Əksər hörümçəklərin qarıncığı buğumlu olmayıb, bütövdür. Qarıncıq elastiki örtüyə malikdir və sıx tükcüklərlə örtülüdür. Hörümçəklərdə cinsi dəlik, tənəffüs orqanları, tor ziyilləri qarıncıqda yerləşir. Tor ziyilləri qarıncıq ətraflarının şəkildəyişməsindən əmələ gəlmişdir.

Yaşayış tərzi[redaktə | mənbəni redaktə et]

Hörümçəklər yırtıcı həyat tərzi keçirirlər. Əsasən həşəratla, torpaqda yaşayan hörümçəklər böcəklərdüzqanadlılarla, bəzən yağış qurdu və ilbizlərlə, suda yaşayan formalar isə həşərat sürfələri və xərçəng sürfələri ilə qidalanırlar. Şikarlarını zəhərləri vasitəsilə öldürürlər. Zəhər vəziləri hörümçəklər üçün çox səciyyəvidir.

İnkişafı[redaktə | mənbəni redaktə et]

Cinsi yetişkinliyə çatmış erkək fərdlər həyat tərzinə və xarici görünüşünə görə dişi hörümçəklərdən fərqlənirlər. Adətən erkək fərd ölçüsünə görə dişi fərddən kiçik olub, nisbətən uzun ayaqlara malikdir. Erkək fərdlərə təbiətdə çox nadir hallarda rast gəlinir. Hətta erkək fərdi məlum olmayan hörümçək növləri də vardir. Tor hörən hörümçəklərin cinsi yetişkinliyə çatmış erkək fərdləri, adətən tor qurmurlar.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Hörümçəklər geniş yayılmış heyvanlardır. Bitki örtüyü zəngin olan ərazilərdə hörümçəklər daha çox yayılmışdır. Ümumiyyətlə, hörümçəklərə bütün landşaft və iqlim zonalarında, qütbdən tutmuş yüksək dağlara qədər, quru çöllərdən səhralara qədər rast gəlinir. Qrenlandiyanın buzlaqlara yaxın adalarında hörümçək növlərinə təsadüf olunur. Bir çox növlər 2000–3000 m hündürlükdə olan yüksək dağlarda yayılmışdır. Everest zirvəsində yalnız bir hörümçək növü tapılmışdır. Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi qidalarla qidalanır.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Hörümçəklər zərərverici həşəratla qidalanaraq xeyir verirlər. Zəhərli növləri praktiki cəhətdən daha böyük əhəmiyyət kəsb edir. Bir çox hörümçəklərin zəhəri istiqanlı heyvanlara güclü təsir edir, lakin hörümçəklər arasında insan və ev heyvanları üçün təhlükəli olan növlər də vardır. Bəzi hörümçəklərin zəhəri yerli nekrotik reaksiyalara səbəb olur, həmin nahiyədə dəri toxumasını dağıdır. Bir qisim növlərin zəhəri isə bütün orqanizmə, xüsusilə sinir sisteminə güclü təsir göstərir. Tropik quşyeyən hörümçəklərin zəhərinin təsirindən insan və ev heyvanları arasında tez-tez ölüm halları qeydə alınır. İnsan və ev heyvanları üçün təhlükəli olan hörümçək növlərinə — Mastophora gasteracanthoides, Lycosa raptoria, Ctenus nigriventris, L.mactansqaraqurd (lat. Latrodectus tredecimguttatus)dur. Yeni Qvineya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi hörümçək çərçivəyə sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən "təmir edir". Fici, Madaqaskar və basqa adaların sakinləri də hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi ağırlığa davam gətirir.[3]

Təsnifatı[redaktə | mənbəni redaktə et]

Hörümçəklər dəstəsi 3 yarımdəstəyə ayrılır:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. V. İ. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007, səh.358
  3. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh. 372

Həmçinin bax[redaktə | mənbəni redaktə et]