Grimoire of Zero — Vikipediya

Grimoire of Zero
Birinci cildin üzlüyü. Personaj: Zero.
ゼロから始める魔法の書
azərb. Sıfır qrimuarı
Janr fentezi[1]
Manqa
ManqakaKakeru Kobaşiri
RəssamYoşinori Şizuma
NəşriyyatASCII Media Works
Nəşr tarixi8 fevral 2014 – hazırda
Cildlər7 (cild siyahısı)
Manqa
YazıçıKakeru Kobaşiri
RəssamTakaşi İvasaki
NəşriyyatASCII Media Works
JurnalDengeki Maoh
Demoqrafiyaseynen
Nəşr tarixi27 dekabr 2014 – hazırda
Cildlər4 (cild siyahısı)
Manqa
Zero kara Hajimeru Mahō no Sho Nano!
YazıçıYasuoka
NəşriyyatASCII Media Works
JurnalDengeki Maoh
Demoqrafiyaseynen
Nəşr tarixi27 oktyabr 2015 – hazırda
Anime
RejissorTetsuo Hirakava
StudiyaWhite Fox
Buraxılış tarixi10 aprel 2017 – 26 iyun 2017
Seriyalar12
  Anime və manqa portalı

Grimoire of Zero (azərb. Sıfır qrimuarı‎) və ya Yaponiyada tanınan adı ilə Zero kara Hajimeru Mahō no Sho (ゼロから始める魔法の書?, azərb. Sıfırdan sehrli kitab başlatmaq‎) — Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobashiri tərəfindən yazılan ranobe seriyası. Ranobe 2012-ci ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur. ASCII Media Works 2014-cü ilin fevralından ranobenin 7 cildini buraxmışdır. Takaşi İvasakinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur. Yasuoka tərəfindən "Zero kara Hajimeru Mahō no Sho Nano!" (ゼロから始める魔法の書なの?) adlı spin-off manqası da istehsal olunmuşdur. White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyasının 2017-ci ilin aprelindən iyununa qədər anime serialı adaptasiyası yayımlanmışdır.

Məzmun[redaktə | mənbəni redaktə et]

526-cı ildir. Hadisələr Zero adlı dünya cahili ilə yarı-insan, yarı-bədheybət olan muzdlu əsgər ətrafında cərəyan edir. Bu dünyada sehrbazlıqla məşğul olan cadugərlər də mövcuddurlar, lakin bu dövrdə heç kim cadugərlik haqqında bir şey bilmir. Zero bütün dünyanı məhv edəcək gücə malik "Zero kitabı"nı tapmaq üçün səyahətə çıxmağa hazırlaşır. Zero insan olmaq arzusunda olan muzdlu əsgərə onunla birlikdə gəlməyi və cangüdəni olmasını təklif edir.

Personajlar[redaktə | mənbəni redaktə et]

Zero (ゼロ?)
Səsləndirən: Yumiri Hanamori[2]
Baş qəhrəmandır. Zero cadugərdir və dünyanı yox etmək gücünə malik "Zero kitabı"nı axtarır.
Möhtəkir (傭兵, Yōhei?)
Səsləndirən: Tsuyoşi Koyama[2]
Yarı-insan, yarı-bədheybət adsız personajdır. İnsanlar onun növünü rişxəndlə "düşmüş bədheybətlər" adlandırırlar. İnsan olmaq ümudi ilə Zeronun cangüdəni olmaq təklifini qəbul edir.
Albus (アルバス, Aru basu?)
Səsləndirən: Yo Tayçi[2]
Cadugərlərin nəslindədir. Cadugərlərin əzablarına son verməyə çalışır.

Media[redaktə | mənbəni redaktə et]

Ranobe[redaktə | mənbəni redaktə et]

Ranobe seriyası Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobaşiri tərəfindən yazılmışdır. Ranobe 2013-cü ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur.[2][3] ASCII Media Works ranobenin ilk cildini 8 fevral 2014-cü ildə Dengeki Bunko imprinti altında buraxmışdır.[4] 10 avqust 2016-cı ildə kimi 7 cildi nəşr olunmuşdur.[5]

Cild siyahısı[redaktə | mənbəni redaktə et]

BaşlıqYapon nəşr tarixiYapon ISBN
1Zero kara Hajimeru Mahō no Sho (ゼロから始める魔法の書)8 fevral 2014[4]ISBN 978-4-04-866312-0
2Akudiosu no Seijo (Ue) (アクディオスの聖女〈上〉)8 noyabr 2014[6]ISBN 978-4-04-866649-7
3Akudiosu no Seijo (Shita) (アクディオスの聖女〈下〉)10 fevral 2015[7]ISBN 978-4-04-869256-4
4Kokuryū Shima no Mahime (黒竜島の魔姫)8 avqust 2015[8]ISBN 978-4-04-865306-0
5Rakuen no Hakamori (楽園の墓守)10 dekabr 2015[9]ISBN 978-4-04-865565-1
6Yomitsuki no Majō (Ue) (詠月の魔女〈上〉)9 aprel 2016[10]ISBN 978-4-04-865913-0
7Yomitsuki no Majō (Shita) (詠月の魔女〈下〉)10 avqust 2016[5]ISBN 978-4-04-892276-0

Manqa[redaktə | mənbəni redaktə et]

Takeşi İvasakinin rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur.[2] İndiyə qədər 4 cildi buraxılmışdır.[11]

Yapon nəşr tarixiYapon ISBN
1 9 may 2015[12]ISBN 978-4-04-865235-3
2 10 oktyabr 2015[13]ISBN 978-4-04-865433-3
3 10 mart 2016[14]ISBN 978-4-04-865849-2
4 10 avqust 2016[11]ISBN 978-4-04-892271-5

27 oktyabr 2015-ci ildə "Dengeki Maoh" jurnalında Yasuoka tərəfindən yazılan "Zero Kara Hajimeru Mahō no Sho Nano!" (ゼロから始める魔法の書 なの!?) adlı spin-off manqası nəşr olunmağa başlamışdır.[2][15]

Anime[redaktə | mənbəni redaktə et]

2 oktyabr 2016-cı ildə baş tutmuş "Dengeki Fall Festival" tədbirində anime serialı adaptasiyası anons edilmişdir.[2][16] White Fox studiyası tərəfindən istehsal olunan animenin rejissoru Tetsuo Hiraka, personaj dizaynerləri Ryosuke Kimiya və Daysuke Mataqadır.[2] Animenin 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır.[2] 10 aprel 2017-ci ildən 26 iyun 2017-ci ilə kimi yayımlanmışdır və 12 seriya davam etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Green, Scott. "Witch Unleashed In First "Zero kara Hajimeru Mahou no Sho" Anime Preview". Crunchyroll. October 3, 2016. December 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 2,6 2,7 2,8 "Zero Kara Hajimeru Mahō no Sho Light Novels Get TV Anime in Spring 2017". Anime News Network. October 2, 2016. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  3. "ゼロから始める魔法の書". dengekitaisho.jp. 2016-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-01.
  4. 4,0 4,1 "ゼロから始める魔法の書". Dengeki Bunko (Japanese). 2018-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  5. 5,0 5,1 "ゼロから始める魔法の書VII -詠月の魔女〈下〉-". Dengeki Bunko (Japanese). 2018-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  6. "ゼロから始める魔法の書II ―アクディオスの聖女〈上〉―". Dengeki Bunko (Japanese). 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  7. "ゼロから始める魔法の書III ―アクディオスの聖女〈下〉―". Dengeki Bunko (Japanese). 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  8. "ゼロから始める魔法の書IV ―黒竜島の魔姫―". Dengeki Bunko (Japanese). 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  9. "ゼロから始める魔法の書V ―楽園の墓守―". Dengeki Bunko (Japanese). 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  10. "ゼロから始める魔法の書VI ―詠月の魔女〈上〉―". Dengeki Bunko (Japanese). 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  11. 11,0 11,1 "ゼロから始める魔法の書IV". Dengeki Bunko (Japanese). 2016-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  12. "ゼロから始める魔法の書I". Dengeki Bunko (Japanese). 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  13. "ゼロから始める魔法の書II". Dengeki Bunko (Japanese). 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  14. "ゼロから始める魔法の書III". Dengeki Bunko (Japanese). 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  15. "マオウ10周年の読み切り祭りに田中久仁彦、武田すんら、新連載も一挙開始". Natalie (Japanese). October 27, 2015. August 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.
  16. Green, Scott. "TV Anime To Adapt "Zero kara Hajimeru Mahou no Sho" Dengeki Fantasy Light Novels". Crunchyroll. October 2, 2016. January 30, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]