Google Assistant — Vikipediya

Google Assistant
Loqonun şəkli
Müəllif Google
Tərtibatçı Google
Proqramlaşdırma dili C++
Əməliyyat sistemi Wear OS, Android Auto, Google Chrome
Yayımlanma tarixi may 2016
Platforma Wear OS, Android Auto, Google Chrome
Sonuncu versiya
  • 0.1.601924805[1]
Sayt assistant.google.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google AssistantGoogle tərəfindən hazırlanmış virtual assistent. Əsasən mobil və ev avtomatlaşdırma cihazlarında mövcuddur. Süni intellektə əsaslanan Google Assistant şirkətin əvvəlki virtual assistenti Google Now-dan fərqli olaraq ikitərəfli olaraq söhbətlərdə iştirak edə bilir.[2]

Google Assistant 2016-cı ilin may ayında Google-un mesajlaşma proqramı Google Allo və onun səslə aktivləşdirilən səsucaldanı Google Nest-in bir hissəsi kimi təqdim edildi. Google Pixel smartfonlarında bir müddət eksklüziv olaraq qaldıqdan sonra 2017-ci ilin fevral ayından başlayaraq üçüncü tərəf smartfonlar və Android Wear daxil olmaqla digər Android cihazları üçün buraxıldı və 2017-ci ilin may ayında iOS əməliyyat sistemində müstəqil proqram kimi yayımlandı.

2017-ci ilin aprelində proqram təminatının tərtibatı dəstinin elanı ilə yanaşı, Assistant avtomobillər və üçüncü tərəfin ağıllı məişət texnikası da daxil olmaqla çoxlu sayda cihazları dəstəkləmək üçün daha da genişləndirildi. Proqramın funksionallığı üçüncü tərəf tərtibatçılar tərəfindən də təkmilləşdirilə bilər.

İstifadəçilər "Hey Google" və 2023-cü ildəki güncəlləmədən sonra "Lucy" deməklə təbii səs vasitəsilə Google Assistant ilə qarşılıqlı əlaqədə ola bilir. Assistant suallara cavab verə, tədbirləri və zəngli saatı quraşdıra, istifadəçinin cihazındakı parametrləri tənzimləyə, istifadəçinin Google hesabından məlumatları göstərə, oyun oynaya bilər. Google həmçinin Assistantın cihazın kamerası vasitəsilə obyektləri müəyyənləşdirə və vizual məlumat toplaya biləcəyini, məhsulların satın alınması və pul göndərilməsini dəstəkləyə biləcəyini açıqladı.

CES 2018 sərgisində ilk Assistant ilə işləyən smart displeylər (video ekranlı Ağıllı dinamiklər) elan edildi və ilk versiyası 2018-ci ilin iyulunda buraxıldı.[3] 2020-ci ildə Google Assistant artıq 1 milyarddan çox cihazda quraşdırılmışdı.[4] Google Assistant 90-dan çox ölkədə və 30-dan çox dildə mövcuddur[5] və aylıq 500 milyondan çox istifadəçi tərəfindən istifadə olunur.[6]

Tarixi[redaktə | mənbəni redaktə et]

Google Assistant 18 may 2016-cı ildə Google Nest ağıllı səsucaldanının və yeni mesajlaşma tətbiqi Allo-nun bir hissəsi kimi Google-un tərtibatçı konfransı zamanı təqdim edildi. Google-un baş icraçı direktoru Sundar Piçay Assistantın danışıq və ikitərəfli təcrübə və "cihazlar arasında genişlənən mühit təcrübəsi" üçün nəzərdə tutulduğunu qeyd etdi.[7] Google həmin ayın sonunda "bir az daha çox şəxsiyyət" inkişaf etdirmək üçün Google Doodle-un direktoru Rayan Germiki təyin etdi və keçmiş Pixar işçisi Emma Kotsu işə götürdü.[8]

Plaftormanın böyüməsi[redaktə | mənbəni redaktə et]

Google Assistant ispan dilində

AlloGoogle Nest xaricində sistem səviyyəsində inteqrasiya üçün Google Assistant əvvəlcə Google Pixel smartfonlarına özəl idi.[9] 2017-ci ilin fevral ayında Google, bəzi ingilisdilli bazarlardan başlayaraq Android Marshmallow və ya Nougat ilə işləyən Android smartfonlarına (planşetlər istisna olmaqla[10][11]) Assistantı əlavə etməyə başladığını elan etdi.[12][13] Assistant həmçinin Wear OS 2.0-a inteqrasiya olunub[14]Android TV[15][16]Android Auto-nun [17] gələcək versiyalarına daxil ediləcək. 2017-ci ilin oktyabrında Google Pixelbook, Google Assistant olan ilk noutbuk oldu.[18] Google Assistant daha sonra Google Pixel Buds-a əlavə olundu.[19] Google 2017-ci ilin dekabrında Assistant-ın Android Lollipop ilə işləyən telefonlar üçün Google Play Services yeniləməsi, həmçinin 6.0 Marshmallow və 7.0 Nougat ilə işləyən planşetlər üçün buraxılacağını elan etdi.[20] 2019-cu ilin fevral ayında Google-un Assistantın cavablarında reklamları sınaqdan keçirməyə başladığı bildirildi.[21]

15 may 2017-ci ildə Android Police Google Assistant-ın iOS əməliyyat sisteminə ayrıca proqram kimi gələcəyini bildirdi.[22] Məlumat iki gün sonra Google-un tərtibatçılar konfransında təsdiqləndi.[23][24]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Google Assistant.
  2. The future is AI, and Google just showed Apple how it's done Arxivləşdirilib noyabr 8, 2020, at the Wayback Machine Published October 5, 2016, Retrieved July 5, 2018
  3. Bohn, Dieter. "Google is introducing a new Smart Display platform". The Verge. Vox Media. January 8, 2018. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 13, 2018.
  4. "Google Assistant is already available on more than 1 billion devices" (ingilis). January 7, 2020. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2020.
  5. Ben, Hannes, "The Future of Voice Commerce and Localisation" Arxivləşdirilib oktyabr 20, 2020, at the Wayback Machine, Locaria, February 20, 2020
  6. "A more helpful Google Assistant for your every day". Google (ingilis). January 7, 2020. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2020.
  7. Lynley, Matthew. "Google unveils Google Assistant, a virtual assistant that's a big upgrade to Google Now". TechCrunch. AOL. May 18, 2016. January 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  8. de Looper, Christian. "Google wants to make its next personal assistant more personable by giving it a childhood". Digital Trends. May 31, 2016. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  9. Savov, Vlad. "Pixel 'phone by Google' announced". The Verge. Vox Media. October 4, 2016. February 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  10. El Khoury, Rita. "Google confirms wider Assistant rollout will not reach tablets". Android Police. March 16, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  11. Kastrenakes, Jacob. "Android tablets aren't getting Google Assistant anytime soon". The Verge. Vox Media. March 16, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  12. Bohn, Dieter. "The Google Assistant is coming to Marshmallow and Nougat Android phones starting this week". The Verge. Vox Media. February 26, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  13. Lunden, Ingrid. "Google Assistant, its AI-based personal helper, rolls out to Nougat and Marshmallow handsets". TechCrunch. AOL. February 26, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  14. Amadeo, Ron. "Report: Android Wear 2.0 to launch February 9". Ars Technica. Condé Nast. January 17, 2017. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  15. Ingraham, Nathan. "The Google Assistant is coming to Android TV". Engadget. AOL. January 4, 2017. March 7, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  16. Singleton, Micah. "Google Assistant is coming to Android TV later this year". The Verge. Vox Media. May 17, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2017.
  17. Amadeo, Ron. "Google Assistant comes to every Android phone, 6.0 and up". Ars Technica. Condé Nast. February 26, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2017.
  18. Field, Matthew. "Google launches Pixelbook as first laptop with Google Assistant". The Daily Telegraph. October 4, 2017. January 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2017.
  19. Johnson, Khari. "Google Pixel Buds review: Google Assistant makes a home in your ears". VentureBeat. November 11, 2017. November 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2017.
  20. Lardinois, Frederic. "Google Assistant is coming to older Android phones and tablets". TechCrunch. Oath Inc. December 13, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 13, 2017.
  21. Sterling, Greg. "Google takes baby steps to monetize Google Assistant, Google Home". Search Engine Land. April 22, 2019. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2019.
  22. Ruddock, David. "Google will announce Assistant for iOS soon, in the US only at launch". Android Police. May 15, 2017. January 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 30, 2017.
  23. Garun, Natt. "Hey Siri, Google Assistant is on the iPhone now". The Verge. Vox Media. May 17, 2017. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2017.
  24. Dillet, Romain. "Google launches Google Assistant on the iPhone". TechCrunch. AOL. May 17, 2017. September 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2017.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]