Georgi Vitsin — Vikipediya

Georgi Vitsin
rus. Георгий Вицин
Doğum adı Georgi Mixayloviç Vitsın[1]
Digər adı Georgi Visin
Doğum tarixi
Doğum yeri Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı[2], Rusiya imperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Moskva, Rusiya Rusiya
Vəfat səbəbi qaraciyər və ürəyin xroniki xəstəliyi
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Nadejda (Dina) Topolyeva
Tamara Fyodorovna Miçurina
Uşağı Nataliya Georgiyevna[3]
Atası Mixail Yeqorovoviç Vitsin[4]
Anası Mariya Matveyevna[5]
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1936-2001
Təhsili
  • Boris Şukin adına Teatr İnstitutu[d] (19341935)
İstiqamət komediya
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
IMDb ID0900120
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин; d. 18 aprel 1917-ci il, Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı, Rusiya imperiyası — v. 22 oktyabr 2001-ci il, Moskva, Rusiya) — SovetRusiya teatr və kino aktyoru, RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1990).

Həyatı[redaktə | mənbəni redaktə et]

Georgi Vitsin 18 aprel 1917-ci ildə (aktyorun doğum tarixi və yeri bu günə qədər dəqiq deyil) o zaman Rusiya imperiyasına aid olan Böyük Finlandiya knyazlığında anadan olmuşdur.

1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir.

Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.

Onu bütün SSRİ-də tanıdan kino rolu isə tanınmış kinorejissor Leonid Qaydayın filmlərindəki Qorxaq obrazı olur. G. Vitsin bu obrazı 4 filmdə – "Köpək Barbos və qeyri-adi qaçış", "Araq çəkənlər", ""I" əməliyyatı" və "Qafqaz əsiri" ifa etməyə müvəffəq olur.[6] Vitsin, bundan başqa bir çox animasiya filmlərinin dublyajı ilə də məşğul olmuşdur.

Ömrünün son illərini öz mənzilində bütün jurnalistlərdən "qaçaraq" keçirən Georgi Mixayloviç Vitsin 22 oktyabr 2001-ci ildə (digər mənbəyə əsasən 23 oktyabr[7]) vəfat etmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Azərbaycanca adı Orijinal adı Rol Afişa
1944 İvan Qroznı rus. Иван Грозный hərbi qulluqçu
1945 Salam, Moskva! rus. Здравствуй, Москва! stansiya dəmiryolçusu
1946 Qlinka rus. Глинка premyeradakı tamaşaçı (titrlərdə yoxdur)
1951 Belinski rus. Белинский Nikolay Qoqol
1952 Bəstəkar Qlinka rus. Композитор Глинка Nikolay Qoqol
1954 Ehtiyat oyunçu rus. Запасной игрок Vasya Vesnuşkin
1954 Biz sizinlə haradasa görüşmüşük rus. Мы с вами где-то встречались eyvanda istirahət edən
1955 Meksikalı rus. Мексиканец Bill Karti
1955 Maksim Perepelitsa rus. Максим Перепелица Musi baba
1955 On ikinci gecə rus. Двенадцатая ночь ser Endrü Eqyuçiyk
1956 O sizi sevir! rus. Она вас любит! Konstantin Petroviç Kanareykin
1956 Şair rus. Поэт poeziya axşamının antreprenörü
1956 Dante küçəsində qətl rus. Убийство на улице Данте Pitu
1957 Pəhləvan və kloun rus. Борец и клоун Enriko
1957 Don Kixot rus. Дон Кихот Karrasko
1957 Yeni attraksion rus. Новый аттракцион Semyon İliç
1958 Həyatın dövretməsi rus. Коловращение жизни bərbər
1958 Atalar və oğullar rus. Отцы и дети Sitnikov
1958 O dünyadan gəlmiş adaxlı rus. Жених с того света Fikusov
1958 Gitaralı qız rus. Девушка с гитарой alıcı
1959 Vasili Surikov rus. Василий Суриков İlya Repin
1959 Mən Günəşin peyki idim rus. Я был спутником Солнца alim
1959 Buratinonun macəraları rus. Приключения Буратино Cüzeppe
1959 İvan İvanoviç İvan Nikiforoviçlə necə dalaşdı? ukr. Як посварились Іван Іванович з Іваном Никифоровичем Nikolay Qoqol
1960 Köhnə Beryozovkanın sonu rus. Конец старой Берёзовки həndəsə müəllimi
1960 Qisas rus. Месть Fyodor Fyodoroviç Deqtyaryov
1961 Heyvan təlimçiləri rus. Дрессировщики baba
1961 Köpək Barbos və qeyri-adi qaçış rus. Пёс Барбос и необычный кросс Qorxaq
1961 Araq çəkənlər rus. Самогонщики Qorxaq
1961 Koxanovkalı sənətkar ukr. Артист з Коханівки Kuzma
1962 Sağlıqlar necə yaranır? rus. Как рождаются тосты Plüş
1962 Yanalmaya səfər rus. Путь к причалу əyyaş Velikankin
1962 İşgüzar adamlar rus. Деловые люди Sem
1962 Yalnız heykəllər susur rus. Молчат только статуи Jak Melye
1963 Qısa hekayələr rus. Короткие истории ər
1963 XVIII Kain rus. Каин XVIII cəllad
1963 Anam və iki kişi rus. Мамочка и два трутня
1963 Birinci trolleybus ukr. Перший тролейбус sərxoş sərnişin
1963 Kor quş rus. Слепая птица qatarın sərnişini
1964 Balzaminovun evlənməsi rus. Женитьба Бальзаминова Mixaylo Dmitriyeviç Balzaminov
1964 Dovşan rus. Зайчик rejissor köməkçisi
1964 İtirilmiş vaxt haqqında nağıl rus. Сказка о потерянном времени Andrey Andreyeviç
1964 Nisbilik nəzəriyyəsi nədir? rus. Что такое теория относительности? aktyor
1964 Bahar qayğıları rus. Весенние хлопоты Pudya dayı
1965 Şikayət kitabını verin rus. Дайте жалобную книгу geyim mağazasının şöbə müdiri
1965 "I" əməliyyatı və Şurikin başqa macəraları rus. Операция «Ы» и другие приключения Шурика Qorxaq
1965 Dənizə yol rus. Дорога к морю
1966 Təkəri kim ixtira edib? rus. Кто придумал колесо? dayı
1966 Göy qurşağının formulu rus. Формула радуги oyuncaq fabrikinin direktoru
1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları rus. Кавказская пленница, или Новые приключения Шурика Qorxaq
1966-
1980
"13 stul" meyxanası rus. Кабачок «13 стульев» pan Odissey Sıpa
1967 Suda boğulanı xilas edin rus. Спасите утопающего milis mayoru
1968 Yeddi qoca və bir qız rus. Семь стариков и одна девушка Qorxaq
1968 Köhnə, lap köhnə nağıl rus. Старая, старая сказка mehriban sehrbaz
1969 Gecə saat 13-də rus. В тринадцатом часу ночи Suadamı
1969 Dünən, bu gün və həmişə rus. Вчера, сегодня и всегда Berri xala
1969 Qaçırılma rus. Похищение kameo
1970 Damdan addım ukr. Крок з даху ingilis
1970 Biz Tişkanı necə axtardıq? rus. Как мы искали Тишку Stepanov
1970 Qəyyum rus. Опекун əyyaş Tebenkov
1971 Bahar nağılı rus. Весенняя сказка çar Berendey
1971 12 stul rus. 12 стульев montyor Meçnikov
1971 Uğur centlmenləri rus. Джентльмены удачи "Xmır" (Qavrila Petroviç Şeremetyev)
1971 Kölgə rus. Тень həkim
1971 Ölümcül düşmən rus. Смертный враг Yeqor
1972 Tütün kapitanı rus. Табачный капитан aşpaz Muton
1972 Miqyaslı uşaqlar rus. Масштабные ребята Afanasyev
1973 Bəs siz nə vaxtsa sevmisiniz? rus. А вы любили когда-нибудь? Yakov İvanoviç Nikolski
1973 Sannikov torpağı rus. Земля Санникова İqnati
1973 İslaholunmaz yalançı rus. Неисправимый лгун Aleksey İvanoviç Tyutyurin
1973 Çipollino rus. Чиполлино vəkil Qoroşek
1974 Əziz oğlan rus. Дорогой мальчик cənab Makintoş
1974 Mənim taleyim rus. Моя судьба sərxoş
1974 Şimal rapsodiyası rus. Северная рапсодия satıcı
1974 Şahzadə Proşa rus. Царевич Проша kral IX Katorz
1974 Avtomobil, skripka və it Klyaksa rus. Автомобиль, скрипка и собака Клякса musiqiçi
1975 Finist - Aydın Şahin rus. Финист — Ясный Сокол kəndli Aqafon
1975 İrəliyə addım rus. Шаг навстречу bufetdəki adam
1975 Ola bilməz! rus. Не может быть! gəlinin atası
1975 Böyük attraksion rus. Большой аттракцион televiziya rejissoru Qalkin
1975 Qovuqlar rus. Пузырьки "Zaporojes" sürücüsü
1975 Au-u! rus. Ау-у! etnoqraf alim
1976 Marinka, Yanka və kral qəsrinin sirləri rus. Маринка, Янка и тайны королевского замка şahzadə Kukimor
1976 Şən yuxugörmə və ya gülüş və göz yaşları rus. Весёлое сновидение, или Смех и слёзы Krivello
1976 Hələlik saatlar vurur rus. Пока бьют часы Maşanın babası
1976 Mavi quş ing. The Blue Bird
rus. Синяя птица
Saxar
1976 12 stul rus. 12 стульев Bezençuk
1977 Günəş, yenə günəş rus. Солнце, снова солнце baba
1980 Kibrit ardınca rus. За спичками
fin Tulitikkuja lainaamassa
Taxvo Kenonen
1980 Çoxdan keçmiş günlərin komediyası rus. Комедия давно минувших дней Qorxaq
1981 Əllər yuxarı! rus. Руки вверх! agent IX-000 (Fondi-Mondi-Dundi-Pek)
1985 Rəqiblər rus. Соперницы İvan Stepanoviç
1985 Həyat üçün təhlükəlidir! rus. Опасно для жизни! Aleksandr Petroviç Çokolov
1986 Pan Klyaksının səyahəti pol. Podróże Pana Kleksa
rus. Путешествие пана Кляксы
Apollinari
1992 Tabutda atəş ukr. Постріл у труні polkovnik Zakusnyak
1992 Cənab artistlər ukr. Панове артисти
rus. Господа артисты
bərbər Nil Palıç
1993 İgid oğlanlar ukr. Браві хлопці mayor Vasili Qriboyedov
1994 Bir neçə sevgi hekayəsi ukr. Кілька любовних історій Fornari
1994 Xaqi-Traqqer rus. Хаги-Траггер Henri Yanoviç

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Георгий Вицин. Отшельник". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  2. "Георгий Вицин, документальный фильм "Отшельник"". 2013-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  3. "Дочь актера Георгия Вицина Наталья: «Папе больше подходила его первая профессия - художника»". 2013-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  4. "Георгий Вицин". 2017-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  5. "Тихая звезда Георгия Вицина". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-16.
  6. 1news. "15 лет без Георгия Вицина - ФОТО" (rus). 1news.az. 22.10.2016. 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
  7. "Вицин, Георгий Михайлович — RuData.ru". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]