Georgi Adamiya — Vikipediya

Georgi Adamiya
Ümumi məlumatlar
Doğum tarixi 10 mart 1981(1981-03-10)[1] (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu

Georgi Adamiya (gürc. გიორგი ადამია; 10 mart 1981[1], Tbilisi) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur.

Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir.

"Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir. O, "Qarabağ"ın heyətində 18 qolla 2010–11 Azərbaycan çempionatı mövsümünün bombardiri olmuşdur.[2][3]

Adamiya 2013/14 mövsümünün başlamazdan əvvəl Gürcüstana qayıtmış, "Zestaponi" və "Sioni" komandalarında çıxış etmişdir.

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Giorgi Adamia // Transfermarkt (çd.). 2000.
  2. "Season review: Azerbaijan". UEFA. 2011-05-27. 2015-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-24.
  3. "First Division club in Europe 2011/12" (PDF). UEFA. 2015-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-25.
  4. Georgia 2003/04 Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine — RSSSF
  5. Azerbaijan 2004/05 Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine — RSSSF
  6. Azerbaijan 2006/07 Arxivləşdirilib 2020-07-05 at the Wayback Machine — RSSSF