Ga Təbiət Qoruğu — Vikipediya

Ga Təbiət Yasaqlığı
Réserve de faune du Dja
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi)
Sahəsi 5,260 km²
Yaradılma tarixi 1950
Yerləşməsi
3°01′00″ şm. e. 12°58′59″ ş. u.
Ölkə  Kamerun
Ga Təbiət Yasaqlığı xəritədə
Ga Təbiət Yasaqlığı
Ga Təbiət Yasaqlığı
Rəsmi adıDja Faunal Reserve
TipiTəbii
Kriteriya(ix), (x)
Tarixi1987 (11-ci sessiya)
İstinad nöm.407
ÖlkəKamerun
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ga Təbiət YasaqlığıKamerunun cənub şərqində yerləşən qoruq ərazisidir. Ərazi 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bunun səbəblərinə parkda mövcud olan növlərin müxtəlifliyi, beş təhlükəli məməli növünün olması və park daxilində narahatlığın olmaması daxildir. Qoruq ərazisi Ga Mühafizə xidmətləri (Dja Conservation Services (DCS)) tərəfindən idarə olunur. Ga Təbiət Yasaqlığı beynəlxalq tərəfdaşlar və Kamerundakı qoruma tərəfdarları tərəfindən maliyyələşdirilən bir çox layihədən rəhbərliyi üçün əhəmiyyətli dəstək alır.[1]

Ga çayı demək olar ki, tamamilə qoruğu əhatə edir və 560.000 ha əhatə edən təbii bir sərhəd təşkil edir.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

Ga Təbiət Yasaqlığı 1950-ci ildə yaradılmış və 1987-ci ildə Ümumdünya irsi statusu almışdır.[1] Ərazi Konqo Hövzəsini təşkil edən sıx rütubətli meşələrin ayrılmaz hissəsini təşkil edir. Afrikanın rütubətli meşələr zonasında ən böyük və ən yaxşı qorunan ehtiyatlardan biridir və ərazisinin 90%-i toxunulmaz qalır. Ga Təbiət Ysaqlığı ağ manqabey, mandril, dril, qərb düzənlik qorillasışimpanze də daxil olmaqla qoruduğu primit növlərinin müxtəlifliyi ilə xüsusilə diqqətəlayiqdir.

Biomüxtəliflik[redaktə | mənbəni redaktə et]

Qoruqda 1500-dən çox məlum bitki növü, 107-dən çox məməli (meşə fili, Afrika meşə camışı və bəbir daxil olmaqla) və 320-dən çox quş növü vardır. Qoruq sərhədlərində nisbətən ənənəvi bir şəkildə yaşayan Baka xalqı məskunlaşır. Onlar sahəyə tanınmış bir mədəni dəyər verir və əkinçilik və peşəkar ov qadağan olmasına baxmayaraq onlara ənənəvi metodlardan istifadə edərək ov etməyə icazə verilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Dja Faunal Reserve". UNESCO. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.