Gənc qızın gündəliyi — Vikipediya

Kitabın "Gizli artırma" adı ilə 1947-ci ildəki nəşri

" Gənc qızın gündəliyi " ilk dəfə 1947-ci ildə niderland dilində çap olunmuş avtobioqrafik əsərdir, 65-dən artıq dilə çevrilib və Holokostla bağlı olan ən çox oxunmuş kitabdır. Yüz ən çox satılmış kitabdan biridir.[1] Gündəlik 1955-ci ildə Brodveydə səhnələşdirilmiş,Toni və Pulitser mükafatlarını qazanmışdır.[2] 13-cü yaş gününə hədiyyə olaraq gündəlik alan Anna Frank, ona hər gün başına gələn maraqlı hadisələrdən yazmağa başlayır. Az sonra yəhudilərin soyqırımı başlayır və atası Otto öz ailəsini bu faciədən qorumaq üçün gizlətmək qərarına gəlir və onlar Annanın "Gizli artırma" adlandırdıqları, Ottonun iş yerində yerləşən kiçik otaqlarda yaşamağa başlayırlar.Daha sonra onlara Van Daan ailəsi və dentist cənab Dussel də qoşulur. Anna burada da yazmağa davam edir.[3]

Mövzusu[redaktə | mənbəni redaktə et]

Anna gündəliyinə yazmağa bu sözlərlə başlayır:[4]

" Ümid edirəm ki, sənlə hər şeyimi bölüşə biləcəm, çünki bu günə qədər heç kimə güvənməmişəm, təki sən mənim üçün dəstək və rahatlıq mənbəyi olasan "

Anna Kitti adlandırdığı gündəliyinə yazmağa 1942-ci il iyunun 12-dən başlayır. Hələ normal yaşayışına davam edən Anna dostları Hanneli və Sanne ilə söhbətlərindən, yəhudi liseyinə yazılmasından, burada dostluq qurduğu Ceklindən, ətrafa qarşı hisslərindən yazır. Tez-tez, heç kimi özünə əsl dost bilmədiyindən, yalnızlıqdan şikayətlənir. Yəhudi məktəbində oxudulmağa məcbur edilməsindən, Hitlerin anti-yəhudi qanunlarından, qohumların və özünün niyə Almaniyanı tərk etməli olduqlarından bəhs edir. Bacısının çalışqan və sözəbaxan olduğu üçün ailəsi tərəfindən daha çox sevildiyini düşünür və bundan gileylənir. Tez-tez anası ilə yola getmədiyini, evdə ancaq atasını sevdiyini yazır. Bacısı Margota yəhudi düşərgəndən zəng gəlir, bundan sonra atası gizlənmək qərarına gəlir, o da ailəsi ilə birgə atasının iş yerindəki artırmada yaşamağa başlayır. Bir neçə gün sonra Van Pels ailəsi də onlara qoşulur. İlk günlər Auguste ilə yaxşı yola gedən Annanın sonralar onunla arası pozulur. O, Augusteni atasına maraq salmaqda, hər mövzuda özünü gözə soxmağa çalışmaqda günahlandırır. Augustenin əksinə ilk görüşdə bəyənmədiyi, soyuq və səssiz gördüyü Peter ilə isə sonralar dostluq eləməyə başlayır. Hermannı evdəki ən praqmatik adam hesab edirdi. Davamlı olaraq onları görməyə gələn Miep və Jandan və onların köməklərindən də yazır. Stomatoloq Dussel artırmaya yerləşən sonuncu adam olur. Anna ilk başlarda onun haqda yüksək fikirdə olsa da, sonralar otağını bölüşdüyü bu yaşlı adamla yola gedə bilmir, onu eqoistlikdə və çürükçülükdə günahlandırır. Annanın anası və bacısı ilə heç vaxt yaxşı olmayan münasibətləri bu artırmada yola düşür. İki dəfə ofisə oğruların girməsindən şübhələnirlər. Gizli-gizli qulaq asdıqları radiodan döyüş haqda informasiya əldə edirlər. Gündəliyə sonuncu dəfə 1944-cü il avqustun 1-də yazıb.

Kitabda adı keçən şəxslər[redaktə | mənbəni redaktə et]

Albert Dussel (Fritz Pfeffer)- Gizli artırmaya altı ay sonra qoşulmuşdu. Yaşlı və subay olan Dusselin katolik bir qadınla uzun müddət idi ki, sevgili idi. Ancaq o gizləndikdən sonra həmin qadına ölkədən çıxdığı deyilmişdi və qadın onların gizləndikləri yerə basğın olunanadək Dusselin Amsterdamda olduğunu bilmirdi. Frank öz gündəliyində Dusseli tələbkar, soyuqqanlı, yalnızlığı sevən bir insan kimi təsvir edir. Basğından sonra o da Vesterborka, oradan Auşvitzə göndərilir. Daha sonra Almaniyaya göndərilən Dussel, burada, Noyenqamme həbs düşərgəsində ölür.Ölüm tarixi və səbəbi bilinmir.[5]

Edit Frank- Hər yeniyetmə kimi Annanın da anası Editlə fikir ayrılıqları olduğu gündəlikdə öz əskini tapır. Basğından Auşvitzdə ayrılanadək o öz qızlarının yanında olmağı bacarır. 30-oktyabr 1944-cü ildə qızları Berqen-Belsenə göndərildikdən sonra yemək payını qızları üçün saxlamağa başlayan Edit 6-yanvar 1945-ci ildə aclıqdan ölür.[6]

Marqot Frank- Anna gündəliyində özündən üç yaş böyük bacısı haqqında çalışqan, savadlı olduğunu və ondan fərqli olaraq hər iki valideyni ilə də yaxşı yola getdiyini yazır. O da Anna kimi Bergen-Belsendə, Annadan bir neçə gün öncə, yatalaq xəstəliyindən ölür.[7]

Otto Frank- Annanın atası və ailəsində ən çox sevdiyi insan idi. Auşvitzdə qadın və kişilər ayrıldıqdan sonra ailəsinin digər üzvləri ilə əlaqəsi birdəfəlik itir. Gizli artırmadakı insanlardan yalnız o savaş qurtaranadək sağ qaldı, 1980-ci ildə Amsterdamda öldü.[8]

Henneli Qoslar- Annanın sinif yoldaşı və ən yaxın dostlarından biri idi. Berqen-Belsendə yenidən qarşılaşırlar. Orada sağ qalmağı bacaran Qoslar Yerusəlimdə yaşayır.[9]

Herman Van Daan' (Hermann Van Pels)- O da öz həyat yoldaşı və oğlu ilə gizli artırmada yaşayırdı. Anna gündəliyində ondan inadkar və dardüşüncəli olsa da eyni zamanda inanılası və ürəyiaçıq biri kimi bəhs edir. Auşvitzdə qazla zəhərlənərək öldürülür.[10]

Piter Van Daan (Peter Van Pels)- Anna gündəliyində 16-yaşlı Piteri sakit-səssiz, içinəqapalı yeniyetmə kimi təsvir edir. Piter və Annanın dostluğu onlar həbs olunduqdan sonra, Verterborkda da davam edir. Hərbiçilər məhbusların birlik qurmasının qarşısını almaq üçün yarısını aparmaq qəraeına gəlir, aparılanlardan biri də Piter olur. Aparılanlar yolda,aclıq, susuzluq ya da güllə yarasından ölürlər,Piter də həmçinin.[11]

Petronella Van Daan (Auguste Van Pels)- Hermanın həyat yoldaşı Petronella Annanın gündliyində eqoist, emosional, istiqanlı biri kimi təsvir olunur.Berqen-Belsendə ölən Petronellanın ölüm səbəbi bilinmir.[12]

Əsasında çəkilmiş filmlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-31.
  2. "Arxivlənmiş surət". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-09.
  3. "Arxivlənmiş surət" (PDF). 2017-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-01-10.
  4. https://books.google.az/books?id=f_BBDAAAQBAJ&printsec=frontcover&dq=anne+frank+diary+edu&hl=tr&sa=X&ved=0ahUKEwiS5_CpxNnRAhXmApoKHb-8AMAQ6AEIJjAA#v=onepage&q=anne%20frank%20diary%20edu&f=false[ölü keçid]
  5. "Arxivlənmiş surət". 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  6. http://www.annefrankguide.net/en-us/bronnenbank.asp?aid=26328
  7. http://www.annefrankguide.net/en-us/bronnenbank.asp?aid=26169
  8. "Arxivlənmiş surət". 2018-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  9. "Arxivlənmiş surət". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  10. "Arxivlənmiş surət". 2014-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  11. "Arxivlənmiş surət". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  12. "Arxivlənmiş surət". 2018-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.