Gəncə Mall — Vikipediya

Gəncə Mall
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində
Tikilmə tarixi 2017
Mərtəbə sayı 8 mərtəbə
Gəncə Mall (Azərbaycan)
Gəncə Mall

Gəncə MallGəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi.

Haqqında[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb.[1]

Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir.[1]

Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.[1]

Burada aptek, kitab mağazası, müxtəlif restoranlarkinoteatr da yerləşir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 ""Gəncə Mall" Ticarət Mərkəzi". Ganjanews.az. 2018-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]