Gəncə Müəllimlər Seminariyası — Vikipediya

Gəncə Müəllimlər SeminariyasıAzərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya (1914). İki il sonra belə bir seminariya Bakıda da fəaliyyətə başlamışdı.[1]

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sorğusuna cavabında xalq maarifi nazirliyi bildirdi ki, Cümhuriyyət hakimiyyəti yaranana qədər Azərbaycanda yeganə olaraq Gəncə şəhərində müəllimlər seminariyası fəaliyyət göstərmişdir. Cümhuriyyət Hökuməti həmin müəllimlər seminariyasını milliləşdirmişdi. Xalq maarifi nazirliyinin 1919-cu il üçün məlumatında nazirlik sistemində üç müəllimlər seminariyasının - Gəncə və Qazaxda kişi, Bakıda isə qadın seminariyalarının olduğu bildirilirdi. Gəncə müəllimlər seminariyasında azərbaycanlılarla yanaşı, Daşkənd və Səmərqənd şəhərlərindən gəlmiş özbək gəncləri də təhsil alırdı. Yusif Məmmədəliyev, Mikayıl Rzaquluzadə, Əhməd Cavad Gəncə seminariyasında dərs demiş, Həmid Araslı, Mir Cəlal və b. görkəmli ziyalılar bu seminariyanı bitirmişlər. Seminariya 1927-ci ildə qız seminariyası ilə birləşdirilmiş və Gəncə Pedaqoji Texnikumu adlandırılmışdı.

Direktirları[redaktə | mənbəni redaktə et]

  • V.Y. Vasilyev [2]
  • Həsən bəy Bağırbəyov 12 avqust 1919-dan Gəncə Müəllimlər Seminariyasının direktoru vəzifəsində çalışmışdı.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. - səh. 377.
  2. "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-28.
  3. ARDA, f.57, s.1, iş 8, v.65; ARDA, f.51, s.3, iş 8, v. 15; ARDA, f.51, s.3, iş 281, v.1

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan tarixi, 7 cilddə, c. 5, Bakı, 2001. (az.)