Güznüt — Vikipediya

Güznüt
39°07′39″ şm. e. 45°31′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 883 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.698 nəf. (2009)
Xəritəni göstər/gizlə
Güznüt xəritədə
Güznüt
Güznüt

GüznütNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir. İqlimi kəskin kontinentaldır — yayı subtropik, tropik; qışı mülayim keçən iqlimdir, yayda orta temperatur +35–40 dərəcə olduğu halda, qışda bu temperatur −15–20 dərəcə olur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 1474 712 762
2009[5] ↗1698 ↗832 ↗866

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

  • Nəcəf Həsənov (1976–1996) — Naxçıvan MR Şahbuz rayoununun Qanlıgöl ətrafında şəhid olmuşdur.
  • Qafar Qərib (1976) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).
  • Ramil Əliyev (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
  • Əbülfəz Məmmədov (1989–2011) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabiti.
  • Qareqin Njde (1886–1955) — erməni daşnak, radikal millətçi, hərbi cinayətkar.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə Güznüt kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]

Din[redaktə | mənbəni redaktə et]

1986–1992-ci illərdə kənd ağsaqqalları və kəndin məşhur memarı Mirzəmməd Ələsgər oğlu Nağıyev (1928–1993) və Cabbar Salman oğlu Quliyev (1935–1992) tərəfindən kəndin yeganə ibadət yeri olan məscid tikilmişdir.

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
  3. Güznüt // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  5. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  6. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]