Gürcüstan yunanları — Vikipediya

XX əsrin əvvəllərində Gürcüstanın Batumi şəhərində yerli yunan icması tərəfindən çəkilmiş xatirə şəkili. Batumi ölkədə yaşayan yunan icmasının ən aktiv olduğu əsas mərkəzlərdən biri olmuşdur.

Gürcüstan yunanları (gürc. ბერძნები საქართველოში) — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda ErmənistanAzərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min[1] kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır.[2] 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur.[3]

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır.

Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bunlarla yanaşı Gürcüstanda, yunan icmasına xitab edən və yunan dilində nəşr olunan qəzetdə mövcuddur.[4]

Tarix[redaktə | mənbəni redaktə et]

XX əsr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Danver, Steven L. Native Peoples of the World: An Encyclopedia of Groups, Cultures and Contemporary Issues. Routledge. 2015. səh. 316. ISBN 9781317464006. In Georgia, the Greek community (approximately 100,000) has maintained its native language…
  2. State Statistics Department of Georgia: 2002 census Arxivləşdirilib 2006-08-31 at the Wayback Machine (retrieved 5 April 2008)
  3.  (rus.) Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР. Грузинская ССР Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (1989 All-Union Census, ethnic groups by the republics of USSR, Georgian SSR)
  4. "Hellenic Republic MFA: The Greek community in Georgia". 2020-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.