Günnüt əməliyyatı — Vikipediya

Günnüt əməliyyatı
Tarix 20 may 201827 may 2018
Yeri Şərur rayonu, Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Nəticəsi

Azərbaycanın qələbəsi

Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov

Ermənistan Armen Sarkisyan
Ermənistan David Tonoyan

Tərəflərin qüvvəsi

Azərbaycan Silahlı Qüvvələri

Ermənistan Silahlı Qüvvələri
PKK

İtkilər

Azərbaycan
1 hərbçi

Ermənistan
2 hərbçi

Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş AzərbaycanErmənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə.[1][2][3] Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.[2] Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.[2][4]

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Adil Tatarov həlak olub.[5]

Zəmin[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[6]

Döyüşlər[redaktə | mənbəni redaktə et]

"Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib.[2] Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağıQaraqaya dağı azad olunub[7], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[2] Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar. Bu cür hərəkətlər cəzasız qala bilməz". Mayın 22-də Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi öldürülüb.[8] Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub[9]. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.[10]

Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

2019-cu ilin may ayında Ermənistan ordusunun beşinci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə danışarkən bildirib ki, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal təchizatı təmin etməyin mümkün olmaması üzündən boşaldılıb. Azərbaycan Müdafiə Nazirliyi Andranik Piloyanın səsləndirdiyi fikirləri inkar edərək bunların xəyal məhsulu və yalan olduğunu bildirərək onu inkar edib.[11]

İtkilər[redaktə | mənbəni redaktə et]

Azərbaycan tərəfi[redaktə | mənbəni redaktə et]

İtkilərin siyahısı[redaktə | mənbəni redaktə et]

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Əsgər Adil Əli oğlu Tatarov[5] 1999 21 may 2018 Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi.

Ermənistan tərəfi[redaktə | mənbəni redaktə et]

Hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 2–3 hərbi qulluqçusu həlak olub.

İtkilərin siyahısı[redaktə | mənbəni redaktə et]

Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
Əsgər Martin Qriqor Xaçatryan[12] 1999 23 may 2018 ?
Əsgər Hamlet Norayr Qriqoryan (mübahisəli)[13] 1999 21 may 2018 ?

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azerbaijan 'makes territorial gains' in Nakhchivan". oc-media.org. oc-media.org. 2018-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  2. 2,0 2,1 2,2 2,3 2,4 "Azerbaijan makes territorial gains in Nakhchivan as fighting with Armenia flares". www.intellinews.com. www.intellinews.com. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  3. Kucera, Joshua. "Azerbaijani military advances on tense Nakhchivan-Armenia border". eurasianet.org. eurasianet.org. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  4. "Azərbaycan Ordusu 11 min hektardan artıq ərazini işğaldan azad edib". 1news.az. 1news.az. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  5. 5,0 5,1 "Qələbəmizin Günnüt salnaməsi". www.serqqapisi.az. www.serqqapisi.az. 2018-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  6. "GÜNNÜT KƏNDİ 26 İLDƏN SONRA İŞĞALDAN AZAD OLUNUB". cbc.az. cbc.az. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  7. "Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi düşməndən azad edildi". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  8. "Azerbaijan makes a move in Nakhichevan amid change of guard in Armenia". 2018-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.
  9. Baku TV. "Günnüt zəfərindən 5 il ötür" (az.). Youtube.com. 20.05.2023. 2023-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.
  10. "Hərbi ekspert: Laçın yoluna nəzarət işğaldan qurtulmaq üçün addımdır". oxu.az. oxu.az. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  11. "Naxçıvanla Ermənistanın sərhədində nə baş verir?". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-24.
  12. "Զինվոր է զոհվել՝ Մարտին Գրիգորի Խաչատրյանը". www.civilnet.am. www.civilnet.am. 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.
  13. "Մահացել է Համլետ Գրիգորյանը". www.banak.info. www.banak.info. 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]