Gündüz Əlizadə — Vikipediya

Gündüz Əlizadə
Doğum tarixi 11 fevral 1955(1955-02-11)
Doğum yeri
Vəfat tarixi 9 dekabr 2017(2017-12-09) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Əhmədli qəbiristanlığı[d]
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti karikatura və qrafika ustası

Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi. 1982-ci ildə Yasəmən xanımla ailə həyatı quran Əlizadənin 2 övladı olmuşdur. Hazırda 3 nəvəsi olan Əlizadənin qızı Şəlalə dizaynerdir. Azər adlı oğlu isə 2007-ci ildə 23 yaşında vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ötən əsrin 90-cı illərə qədər dizayner, daha sonra "İsıq" nəşriyyatında Məmməd Ismayılın baş redaktor oldugu dönəmdə bədii redaktor işləmişdir. 1989-cu ildən Gündüz Əlizadə "Kirpi" və "Gənclik" jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınmışdır. Bir çox kitabın tərtibatını vermiş Əlizadə 1999-cu ildə karikatura ve plakatlarından ibarət kitabını çap etdirmişdir. Dahi Füzulinin 500 illiyinə illustrasiyalar işləmiş rəssam 2000-ci ilə qədər Nəriman Həsənzadənin, daha sonra Ayaz Vəfalının baş redaktoru olduğu "Ədəbiyyat və incəsənət" qəzetində bədii redaktor ve həvəskar junalist kimi çalışmışdır. Həmçinin "Ədəbiyyat qəzeti"ndə Ağdərədən yazdığı böyük meqaləsi, "Sil gözün yaşın Qaragilə" kimi hekayələri dərc olunmuşdur. 1999-cu ildə Türkiyədə uluslararası karikatura yarışmasında I yerə layiq görülmüş rəssam həyatının son illərini qürbətdə - Almaniyanın Tier şəhərində yaşamış, orada öz qalereyasını açmış, yağlı boya ilə tablolar yaratmış, sifarişlər götürmüşdür. Həmçinin onun Berlində "20 Yanvar" hadisələrinə, Qarabağ müharibəsinə həsr olunmuş sərgiləri nümayiş olunmuşdur.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Gündüz Əlizadə 2017-ci ilin 9 dekabr tarixində Almaniyada vəfat etmiş, Bakıda Əhmədli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Almaniyada vəfat edən bakılı rəssamın nəşi bu gecə vətənə gətiriləcək