Gülyanaq Məmmədova — Vikipediya

Gülyanaq Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi 10 iyun 1973(1973-06-10) (50 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Elmi dərəcəsi
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998 (Tacikistan)Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Gülyanaq Məmmədova (10 iyun 1973, Böyük Dəhnə, Şəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014), Özbəkistanın xalq artisti (2022). Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi(2023) Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980–1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992–1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990–1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995–1997-ci illərdə İsveçin Malmo şəhərində "Malmo" festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.

2001–2002-ci illərdə "Bakı – Tiflis – Ceyhan" neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002–2003-cü illərdə Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində "Azərbaycan Mədəniyyəti günləri"ndə; 2006-cı ildə Naxçıvanda "Dövlət müstəqilliyi günü" ilə əlaqədar qastrol səfərlərində olub.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Xalq artisti — 18.12.2014[2]
  • Azərbaycan Respublikasının Əməkdar artisti — 1998-ci ildə
  • Özbəkistan Respublikasının Xalq artisti — 30.08.2022[3]
  • Elm və Təhsil Nazirliyinin təsis etdiyi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı — 2023-cü ildə

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Nəriman Əliyev (film, 2005)
  2. Bəylik dərsi (film, 2007)
  3. Ana və poçtalyon (2020)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "YAP-a yeni üzvlər qəbul edildi". 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az (az.). president.az. 18 dekabr 2014, 19:00. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  3. Президент Республики Узбекистан. "О награждении группы граждан Азербайджанской Республики" (rus). Youtube.com. 30.08.2022. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-30.