Gültəpə (Quba) — Vikipediya

Gültəpə
41°17′38″ şm. e. 48°28′30″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 545 (2009) nəfər
Xəritəni göstər/gizlə
Gültəpə xəritədə
Gültəpə
Gültəpə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gültəpə (əvvəlki adı: Təkə Şıx) — Azərbaycan Respublikasının Quba rayonununda kənd.

Təkə Şıx kəndi  Təkəli tayfasının adı ilə bağlıdır. Türkmənlərdə bu adda tayfanın olması S.Ataniyazovun tədqiqatlarında da təsdiqlənir. O qeyd edir ki, Təkə türkmənlərin ən böyük Türk tayfalarından biridir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Bəzi tədqiqatçılar Təkəliləri qədim türk xalqı olan Massagetlər lə də əlaqələndirirlər.Yunanlar və romalılar oğuzları “massagetlər” adlandırmışlar.Latın dilində “mas”- “kişi, adam”; “sagetta” isə “ox” deməkdir.Onlar bizim Oğuz xalqının adının “ox” inancından yarandığını öyrənərək bu cür adlandırmışlar.Massaget tərcümədə “oğuzlar” mənasına gəlir..Massagetlər qədim oğuzların adı olaraqda hallanır.Təklələr cəsur,qorxmaz,döyüşkən bir tayfa kimi xarakterizə olunur. Xivə Xanı Əbül Qaziyə görə, Təkəli tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Təkəlilərin kökü Salur Qazandan gəlir.Salurlar Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. "Salur" sözünün mənası "Qılınc yelləyən" deməkdir. 16-cı əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin də dövləti Salur boyuna mənsubdur. Salurlar əsl Xəzər ətrafında yaşamışdır. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur. Eyni şəkildə Anadoluda Salurlar içində Oğuz və Qıpçaq tayfalar birlikdə Xəzər və İran ərazisindən köç edərək, qaynaşaraq bir arada yaşamağı davam etdirdilər. Təkəlilər Salurların üç əsas tirəsindən biridir.Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək olan ərazilərdə özlərinə yurd-yuva qurublar. Azərbaycanda xidmət edən rus kazaklarından biri yazıçı Yevgeniy Markova 1880-1881-ci illərdə nəql edib: “Təkəlilərə halaldı! Onlar pis xalq deyillər, amma bizim kazaklar onlara çarmazlar! Nəyi pisdir ki, biri bizim beş kazaka qarşı vuruşar, heç vaxt da təslim olmaz”. Kazak heç də yalan danışmırdı. Bir çox mənbələr, harada ki, rus araşdırmacıları və çar məmurları Təkəli tayfasının rusların başına açdığı oyunlardan yazırlar. Təkə Türkmən qəbiləsi olmaqla yanaşı, hətta deyərdim ki, ən önəmli qəbilələrdəndir. Kifayətdir qeyd edək ki, müasir Türkmən dilinin bünövrəsində məhz Təkə dialekti durur.

Səfəvi dövlətinin yaranmasında Təkəli tayfasının böyük rolu olmuşdur. 1501-ci ildə Əlvənd Mirzəyə qarşı döyüşdə İsmayılın cinahlarda yerləşdirdiyi sərkərdələrdən biri də Sarı Əli bəy Təkəli idi. Təkəli elindən Sarı Əli bəy Təkəli Şah İsmayılın möhrdarı vəzivəsinə kimi yüksəlmişdir. Sonralar Təkəli tayfası Qızılbaşların əsas 7 tayfasından birinə çevrilirlər. Səfəvilərin siyasi həyatında mühüm rol oynayan təkəlilərin bir hissəsi 1511-də Şahqulu ağa Təkəlinin başçılığı ilə mərkəzi hakimiyyətə qarşı çıxmışdır. Şah Abbasın qızılbaş bəylərinin ixtisarlaşdırma reformlarının nəticələrindən biri olaraq, 1596-cı ildə Təkəlilərin bir qismi Şah Abbas tərəfindən məhv edilmiş, bir qismi isə Azərbaycanın müxtəlif yerlərinə köçmüşdür. Quba xanlığı dövründə indiki Təkə Şıx kəndi 1796 ci ildə "Təklə", 1831-ci il sənədlərində "Təkəli", kimi gösdərilmişdir,həmin sənədlərdə kənddə 50 ailənin yaşadıqı, kişilərinsə sayının 142 olduqu gösdərilir.Həmçinin kənddə bir su dəyirmanının olduquda gösdərilir,dəyirman yaxın zamanlara kimi kənd ərazisində qalmaqdaydı.1918 ci ilin sənədlərində kəndin adı "Təkə" olaraq gösdərilmişdir.Kəndin tarixi çox qədimdir. Kəndin yaşlı sakinlərinin dediynə görə kəndin adı və nəsli tək bir adamın adı ilə bağlıdır.Bu da Əbül Qazinin dedikləri ilə üst-üstə düşür. SSRİ dövründə kəndin adı dini siyasi görüşlərə görə dəyişilərək "Gültəpə" adlanmağa başlanmışdır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

  • Gültəpə oyk, sadə.
  • Quba r-nunda Böyük Qafqaz dağlarının ətəyindədir.Təkə Şıx, "Təkəlilərin şeyxi" deməkdir. Şeyx-Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir. "Lider" və ya "vali" mənasını verir. Kənd Qart (köhnə,qədim) Dərə adlanan ərazidə yerləşir. Keçmiş adı Təkə Şıx olmuşdur. Qubanın ən qədim kəndlərindəndir.Kənd əvvəl çayın sağ sahilində "Səgərdan" adlanan yerdə olmuşdur,kəndin dəmir darvazaları olmuşdur,yəqinki kənd ətrafı hasarla örtülmüşdür.Sonradan bu kəndin əhalisinin çoxu tələf olmuş və indiki ərazidə yenidən kənd salınmışdır.Əvvəlki ərazidə indidə qəbristanlıq qalmaqdadır.Kənddə və kənd ətrafında qəbristanlıqların çox olması bu kəndin nə qədər qədim və köklü olduqunu göstərir.Təxmini olaraq kəndin 2000 ildən çox yaşı olduqu bilinir.Kənddə Skiflərlə bağlı adət-ənənələr indidə qalmaqdadır.

1965-ci ildə kəndin adı dəyişdirilərək yaxınlıqdakı təpənin adı ilə Gültəpə (güllü-çiçəkli təpə) adlandırılmışdır;[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 545 nəfər əhali yaşayır.[2]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Şeyx Baba Məhəmməd piri və türbəsi vardır.Kənddə Gültəpə kənd məscidi dini icması fəaliyyət göstərir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • azerbaijanphoto.com saytındakı şəkilləri{{Dead link|date=February 2021 |bot=InternetArchiveBot

Fayl:Gültəpə kəndində məscid.JPG| </gallery>

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)