Gülnaz İsmayılova — Vikipediya

İsmayılova Gülnaz Əmir qızı — Azərbaycanın xalq artisti (2018).

Həyatı[redaktə | mənbəni redaktə et]

Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur[1]. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirmişdir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomatı (1997) olmüşdur.

1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma və opera hazırlığı və fortepiano kafedrasının müəllimidir.

2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrda çalışdığı müddətdə istedadlı vokalçı bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar

Gülnaz İsmailova F.Əmirovun «Min bir gecə» baletində vocal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur.

ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.

2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İsmayılova Gülnaz Əmir qızı Əməkdar Artist". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-14.
  2. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.