Gülarə Əliyeva — Vikipediya

Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Atası Əziz Əliyev
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Musiqi aləti piano
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1977

Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977).

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.

Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.[1]

1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur[2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Nəğməkar torpaq (film, 1981)
  2. Dan ulduzu, tale ulduzu (film, 2001)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Gender İnformasiya Mərkəzi". 2020-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-26.
  2. Эльчин. Мелодии неувядающие, немеркнущие Arxivləşdirilib 2017-06-27 at the Wayback Machine. Зеркало.– 2010.– 24 апреля.– С. 41.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Video[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]