Gül bayramı — Vikipediya

Gül bayramı
2012-ci ildə keçirilən bayramdan görüntü
2012-ci ildə keçirilən bayramdan görüntü
Başlayır 10 may
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir..[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Tarixi[redaktə | mənbəni redaktə et]

Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi.[2] Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi.[3]

Müasir dövr[redaktə | mənbəni redaktə et]

Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır.[4] Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, FransaAlmaniyadan gətirilir.[5]

Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni şəkildə keçirilməsi barədə yeni qərarlar qəbul edir. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və gül əkmə işlərini gerçəkləşdirir.[6]

Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatında təşkil olunmuşdu.[5]

2017-ci ildə Azərbaycan Respublikasının ABŞ-nin Vaşinqton şəhərindəki diplomatik nümayəndiliyində də Gül bayramı qeyd olunmuşdur.[7]

Qalareya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azerbaycan'da "gül bayramı"". yenisafak.com (türk). Yeni Şafak Gazetesi. 10 may 2014. 23 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.
  2. Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — 708 с.
  3. Məhəbbət Paşayeva. AZƏRBAYCANLILARIN ADƏT VƏ İNANCLARI (XIX–XX əsrlər). Bakı: AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMİYASI ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU, 2019.- 296 s. (V fəsil. Xalq inancları).
  4. "Azərbaycanda Gül bayramı qeyd olunur". vaxt.az (az.). 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.
  5. 5,0 5,1 "Gül bayramı niyə ləğv olunub?" (az.). https://mediapress.az. Archived from the original on 2020-02-20.
  6. "Bakıda Gül Bayramı fərqli şəkildə" (az.). https://www.trt.net.tr. Archived from the original on 2018-01-20.
  7. "Vaşinqtonda Gül Bayramı qeyd olunub". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 10 may 2017. 10 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]