Gülər Əhmədova — Vikipediya

Gülər Əhmədova
bayraq
Müasir Müsavat Partiyası sədrinin xarici əlaqələr üzrə müavini
bayraq2
Vəzifədədir
11 mart 2020-ci ildən
SədrHafiz Hacıyev
2000 – 2012
Seçki dairəsi2000 — 8 saylı Yasamal III
2005 — 15 saylı Yasamal I
2005 — 34 saylı Xətai II
ƏvvəlkiGülnarə Qurbanova (8 saylı)
Mandat təsis edildi. (15 saylı)
Nəsib Nəsibli (32 saylı)
SonrakıMandat ləğv edildi. (8 saylı)
Etibar Hüseynov (15 saylı)
Ağacan Abıyev (32 saylı)
Şəxsi məlumatlar
Doğum adı Gülər Mikayıl qızı Əhmədova
Doğum tarixi 20 avqust 1965(1965-08-20) (58 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, riyaziyyatçı
Həyat yoldaşı Fikrət Əhmədov[1]
gularahmadova.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülər Mikayıl qızı Əhmədova (20 avqust 1965, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, psixologiya elmləri namizədi.

Erkən illəri və ailəsi[redaktə | mənbəni redaktə et]

Gülər Əhmədova 20 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri namizədidir.[2] Rusingilis dillərini bilir.[3]

1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisidir.[2] Hazırda Bakı Dövlət Universitetinin müəllimidir.[4]

Gülər Əhmədova evlidir, həyat yoldaşı Fikrət Əhmədov fizika-riyaziyyat elmləri namizədidir.[5]

Siyasi-ictimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Gülər Əhmədova 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olmuşdur. O, 2000-ci ildən 2005-ci ilədək ikinci çağırış Milli Məclisin deputatı olmuş, 2005-ci ildən üçüncü çağırış millət vəkili olaraq Yasamal rayonunu parlamentdə təmsil etmişdir.[6] O, 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli göstərmiş, 7,756 səs yığaraq dördüncü çağırış deputatı seçilmişdir.[7] O, Xətai rayonundan seçilən ilk qadın deputatdır.[8] Gülər Əhmədova deputat olduğu dövrdə Milli Məclisdə uşaqların problemlərini qabartmış, uşaq hüquqlarının müdafiəsinə xidmət edən qanunların qəbuluna nail olmuşdur.[9] O, Yeni Azərbaycan Partiyası (YAP) üzvü olmuş,[10] 14 dekabr 2012-ci ildə partiya sıralarından xaric edilmişdir.[11]

Gülər Əhmədova Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvü olmuşdur.[12] Azərbaycan–Fransa[13]Azərbaycan–Çexiya[14] parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Rusiya,[15] Azərbaycan–Səudiyyə Ərəbistanı[16]Azərbaycan–Türkiyə[16] parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, həmçinin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.[17] Bundan əlavə, Gülər Əhmədova Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini olmuşdur.[18] O, 2006-cı ildə Milli Məclis tərəfindən ​​Avropa Şurasının qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə kampaniyasının parlament ölçüsündə iştirakçısı təyin edilmişdir.[19]

Gülər Əhmədova 2008-ci ildə Türkiyə–Ermənistan sərhədinin açılması məsələsi gündəmə gələndə daha 3 qadın millət vəkili ilə birlikdə Türkiyədə çoxsaylı görüşlər keçirmişdir.[8] Onun səyi ilə 2009-cu ildə Türkiyədə, Çanaqqala döyüşündə iştirak etmiş azərbaycanlılar üçün xatirə lövhəsi ucaldılmışdır. Gülər Əhmədovanın maddi və mənəvi dəstəyi ilə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi Avropa ölkələrində "Xocalıya ədalət" kampaniyası çərçivəsində ali məktəblərdə bir sıra tədbirlər keçirmişdir.[20]

Gülər Əhmədova "Mərkəz" qəzetinin təsisçisi və baş redaktorudur.[21][22]

2020-ci ilin dekabr ayında Müasir Müsavat Partiyası (MMP) sıralarına qatılmışdır.[23] Daha sonra partiyanın Siyasi Şurasına üzv qəbul olunmuşdur. 11 mart 2020-ci il tarixində MMP Sədrinin Xarici Əlaqələr üzrə Müavini təyin olunmuşdur.[24]

Deputat mandatından imtina etməsi və həbsi[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Gülər Əhmədova olayı

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı "mandat alveri" ilə bağlı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina etmişdir. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürülmüş və 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilmişdir.[25]

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.[26] 5 may 2014-cü ildə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilmiş və o, azadlığa buraxılmışdır.[27]

Siyasi mövqeyi[redaktə | mənbəni redaktə et]

Gülər Əhmədova 2010-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin nümunəsindən çıxış etdiyini, onun yolundan getdiyini bildirmişdir.[8] Gülər ​​Əhmədova Xocalı soyqırımını Qarabağ müharibəsinin ən dəhşətli hadisəsi və insanlığa qarşı cinayət adlandırmışdır. O həmçinin, soyqırımın tanınması üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır.[28]

Gülər Əhmədovanın sözlərinə görə, valideynlər övladının akademik göstəricilərinə, məktəbə və ya digər təhsil müəssisəsinə davamiyyətinə, sağlamlığına və s. məsuliyyət daşımalıdır. O, uşaqların həm fiziki, həm də intellektual cəhətdən sağlam böyüməsində dövlətin maraqlı olmalı olduğunu bildirmişdir. Gülər Əhmədova Azərbaycanda 5–10 yaşlı uşağın hüquqlarını qoruyacaq şəxsin və ya dövlət qurumunun olmamasından şikayətlənmişdir. Onun fikrincə, dövlətin əlində elə bir rıçaq olmalıdır ki, onun vasitəsilə uşağın mülkiyyət hüquqlarını qorumaq mümkün olsun. Gülər Əhmədova bildirmişdir ki, uşaq yetkinlik yaşına çatana və tamhüquqlu vətəndaş olana qədər dövlət orqanları uşağa görə məsuliyyət daşımalı və onun qanuni olaraq sahibi olduğu əmlaka ciddi nəzarət etməlidir. Gülər Əhmədova valideyn-övlad münasibətləri haqqında Rusiyada qəbul edilən bir qanununun Azərbaycanda tətbiqini də təklif etmişdir.[29] Onun fikrincə, Azərbaycan vətəndaşlarının övladlarının əcnəbilər tərəfindən övladlığa götürülməsi yanlışdır. Gülər Əhmədova 2006-cı ildə övladlığa götürmə prosesinin sadəliyindən şikayətlənmiş və xarici dövlətlər Azərbaycanın müraciətlərinə cavab vermədiyindən uşaq alveri hallarının qarşısının alınmasının çətinləşdiyindən danışmışdır.[30] O, bildirmişdir ki, Azərbaycan telekanallarında uşaqlara qarşı etik davranış pozuntularına yol verən verilişlər və filmlər tez-tez yayımlanır. Gülər Əhmədova əlavə etmişdir ki, televiziya məkanında etik normalara riayət etmək, mənəvi səbəblərdən yerli televiziya kanallarında qeyri-etik səhnələr və uşağa lazımsız məlumatlar əks etdirən verilişlər, filmlər və seriallar axşam saat 9-a kimi yayımlanmamalıdır.[31][32]

Keçmiş səhiyyə naziri Əli İnsanov 10 oktyabr 2005-ci ildə saxlanılmışdır.[33] Növbəti ay Gülər Əhmədova verdiyi müsahibədə İnsanovun Azərbaycanda uşaq alverində iştirak etdiyini bildirmişdir.[34] O, İnsanovu həbs olunmazdan əvvəl daim tənqid etmiş, buna görə də dəfələrlə təhdid edilmiş və İnsanov tərəfindən məhkəməyə verilmişdir.[35]

Təltif və mükafatlar[redaktə | mənbəni redaktə et]

Gülər Əhmədova 17 avqust 2011-ci ildə ABŞ-nin "Millətləri Birləşdirən Uşaqlar" təşkilatının prezidenti Dafna Edvards Ziman tərəfindən mükafatlandırılmışdır.[36]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Укpaденная история, геноцид" ("Oğurlanmış tarix, soyqırım"; İsmayıl Ağayev və S. Sarallı ilə; 2008)[37][38]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gülər Əhmədovanın əri işdən çıxıb". 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-11.
  2. 1 2 "Gülər Əhmədovanın ad günüdür". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  3. "Gülər Əhmədova: "Dedilər, ya bizimlə gedəcəksən, ya satqın olacaqsan..." - MÜSAHİBƏ". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  4. "Sabiq deputat Gülər Əhmədova ilə FOTOSÖHBƏT". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  5. "Bu gün Gülər Əhmədovanın doğum günüdür". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  6. "Gülər Əhmədova yeni görüş keçirib". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  7. "34 saylı Xətai ikinci seçki dairəsi". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  8. 1 2 3 "Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədi GÜLƏR ƏHMƏDOVA seçicilərlə izdihamlı görüş keçirib - FOTOSESSİYA". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  9. "Xətai camaatı artıq Gülər Əhmədovanı özlərinə vəkil bilir". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  10. "Müxalifət İsa Qəmbərin dairəsindən namizədlərin çəkilməsi barədə nə düşünür?". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  11. https://www.bbc.com/azeri/azerbaijan/2012/12/121215_gular_expelled
  12. "Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  13. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  14. "Milli Məclis Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərini seçəcək". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  15. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  16. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  17. "Gülər Əhmədova "deputat mandatından imtina etdi"". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  18. "Diasporalarımızın fəaliyyəti" (PDF). 2022-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-04.
  19. "Contact Parliamentarians and Actions by country". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  20. "Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədi GÜLƏR ƏHMƏDOVA seçicilərlə izdihamlı görüş keçirib - FOTOSESSİYA". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  21. "Gülər Əhmədovadan "Mərkəz" qəzeti ilə bağlı açıqlama". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  22. ""Mərkəz" qəzetində qalmaqal!". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  23. https://aqreqator.az/az/siyaset/1138088
  24. https://konkret.az/guler-ehmedovaya-vezife-verildi/
  25. "Gülər Əhmədova da deputatlığa namizəd oldu". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  26. "Gülər Əhmədovanın məhkəməsi yenə təxirə salındı". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  27. "Gülər Əhmədovanın ölkədən çıxışına icazə verildi". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  28. "РЕСПУБЛИКАНСКАЯ ДЕТСКАЯ ОРГАНИЗАЦИЯ ПРОВОДИТ КАМПАНИЮ В СВЯЗИ С ХОДЖАЛИНСКИМ ГЕНОЦИДОМ". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  29. "В Азербайджане не останется детских домов?". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  30. "Гюляр Ахмедова: Дети граждан Азербайджана отданы на усыновление в те страны, которые не имеют юридической ответственности перед нами". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  31. "Некоторые телеканалы допускают этические нарушения в отношении детей - азербайджанский парламентарий". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  32. "В Азербайджане обсуждены проблемы детской прессы (ФОТО)". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  33. "Задержан экс-министр здравоохранения Азербайджана". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  34. "Арестованного азербайджанского министра обвиняют в продаже детей". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  35. "Гюляр Ахмедова: «Мне угрожали и требовали, чтобы я прекратила критику в адрес Али Инсанова»". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  36. "Azərbaycanlı deputat ABŞ-da mükafat alıb". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  37. "Azərbaycanın diaspor siyasəti". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  38. ""OĞURLANMIŞ TARİX, SOYQIRIM" KİTABI TƏQDİM OLUNMUŞDUR". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.