Göydələn — Vikipediya

Empire State Building, New York

Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur.

Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur.

Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır.

Adlandırma[redaktə | mənbəni redaktə et]

İngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.

  • Afrikanca: wolkekrabber ("bulud qazan")
  • Almanca: Wolkenkratzer ("bulud qazan")
  • Belarusca: небаскроб [nebaskrob] ("göy qazan")
  • Bosnaca: neboder ("göy dağıdan")
  • Bolqarca: небостъргач [nebostırgaç] ("göy qazan")
  • Çincə: 摩天大楼|摩天大樓 [mótiān dàlóu] ("göy qazan böyük bina")
  • ÇexcəSlovakca: mrakodrap ("bulud qazan")
  • Danca: skyskraber ("bulud qazan")
  • İndoneziyacaMalayca: pencakar langit ("göy qazan")
  • Esperanto: nuboskrapulo ("göy qazan")
  • Estonca: pilvelõhkuja ("bulud qıran")
  • Farsca: آسمانخراش [âsmânhrâş] ("göy qazan")
  • Flamanqca: wolkenkrabber ("bulud qazan")
  • Fincə: pilvenpiirtäjä ("bulud dəstəkləyən")
  • Fransızca: gratte-ciel ("göy qazan")
  • İvritcə: גורד שחקים [gored sh'khakim] ("göy qazan")
  • İngiliscə: skyscraper ("göy qazan")
  • İspanca: rascacielos ("göy qazan")
  • İsveçcə: skyskrapa ("göy qazan")
  • İtalyanca: grattacielo ("göy qazan")
  • İslandca: skýjakljúfur ("göy yaran")
  • Yaponca: 摩天楼 [matenrou] ("göy qazan qüllə")
  • Katalonca: gratacel ("göy qazan")
  • Litvanca: dangoraižis ("göy qazan")
  • Kürdcə: balexane ("əndamlı bina")
  • Macarca: felhőkarcoló ("bulud qazan")
  • Makedonca: облакодер [oblakoder] ("bulud qazan")
  • Norveçcə: skyskraper ("bulud qazan")
  • Polyakca: drapacz chmur ("bulud qazan")
  • Portuqalca: arranha-céu ("göy qazan")
  • Rumınca: zgârie-nori ("göy qazan")
  • Rusca: небоскрёб [neboskryob] ("göy qazan")
  • Serbcə: небодер [neboder] ("göy dağıdan")
  • Slovencə: nebotičnik ("göy ovan")
  • Türkcə: gökdelen ("sky-piercer")
  • Ukraynaca: хмарочос [xmaroços] ("göyə dırmaşan")
  • Vyetcə: nhà chọc trời ("göy dürtmələyən")
  • Yunanca: ουρανοξύστης [uranoksístis] ("göy qazan")

Tarix[redaktə | mənbəni redaktə et]

1884–1885-ci illərdə Çikaqoda inşa edilmiş on mərtəbəli "Home Insurance" (Ev sığortası) binası ilk göydələn hesab olunur. Bugünkü şərtlərlə ilk göydələn Nyu-Yorkdakı "Woolworth Building"dir.

XIX əsrin sonlarında Nyu-York, Çikaqo və Londonda, 1930-cu illərin əvvəllərindən etibarən isə Cənubi Amerikada (San Paulo, Buenos Ayres) və Asiyada (Şanxay, Honq Konq, Sinqapur) göydələnlər inşa olunmağa başlanmışdır.