Göy gurultusu — Vikipediya

Göy[ölü keçid] gurultusu, şimşəyin yaratdığı səsdir.

Göy gurultusuildırımın yaratdığı səs.[1][2][3] Göy gurultusunun səsi ildırımın məsafəsindən və təbiətindən asılı olaraq dəyişə bilər. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər qızdırırlar. İstilənən bu hava birdən genişləyir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy gurultusu deyirik.[4]

Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir.[4]

Səbəb[redaktə | mənbəni redaktə et]

Şimşəyin səbəbi əsrlər boyu fərziyyə və elmi araşdırma mövzusu olmuşdur.[5] Erkən düşüncələr bunun tanrılar tərəfindən edildiyini düşünürdü. Qədim Yunan filosofları isə bunu küləyin toqquşdurduğu buludlar (Anaksimandr, Aristotel) və ya buludların içərisindəki havanın hərəkəti (Demokrit) kimi təbii səbəblərlə əlaqələndirirdilər.[6] Roma filosofu Lukretiusa görə isə bu, buludların daxilində bir-biri ilə toqquşan dolu dənələrinin səsi idi.[6]

19-cu əsrin ortalarında qəbul edilən nəzəriyyəyə görə, ildırım vakuum yaradırdı və istehsal olunan həmin vakuumun uçması göy gurultusu adlanan hadisəyə səbəb olurdu.[5]

20-ci əsrdə ildırımın, ildırım kanalındakı plazmanın qəfil istilik genişlənməsi səbəbiylə yaranan bir zərbə dalğası ilə başlaması barədə bir fikir meydana gəldi.[7][6]

İldırım kanalının içərisindəki spektral analizlə ölçülən temperatur, mövcud olduğu 50 mikrosaniyə müddətində daim dəyişir. Bu temperatur təxminən 20,000 K-dən 30.000 K-ə qədər yüksəlir, sonra tədricən 10000 K-ə enir. İldırımın daxilindəki orta temperatur təxminən 20,400 K (20,100 °C; 36,300 °F) dəyərindədir.[8] Bu qızma, dalğa genişlənməsinə səbəb olur və ətrafdakı soyuq havanı səsdən daha sürətli bir şəkildə sürətləndirir. Bu zaman normal atmosfer təzyiqinin təxminən 100 misli qədər bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayılır. Bu eynilə səs sürətini keçən supersonik təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Severe Weather 101: Lightning Basics". nssl.noaa.gov. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr, 2019.
  2. "Thunder Facts". factsjustforkids.com. 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr, 2019.
  3. "The Sound of Thunder". weather.gov. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 oktyabr, 2019.
  4. 1 2 3 "Nə üçün göy guruldayır?". 2009-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
  5. 1 2 Vavrek, R. J., Kithil, R., Holle, R. L., Allsopp, J., & Cooper, M. A. (n.d.). The science of thunder. Retrieved from http://lightningsafety.com/nlsi_info/thunder2.html Arxivləşdirilib 2020-07-08 at the Wayback Machine
  6. 1 2 3 Heidorn, K. C. (1999). Thunder: Voice of the heavens. Retrieved from http://www.islandnet.com/~see/weather/elements/thunder1.htm Arxivləşdirilib 1999-10-23 at the Wayback Machine
  7. Rakov, Vladimir A.; Uman, Martin A. Lightning: Physics and Effects. Cambridge, England: Cambridge University Press. 2007. səh. 378. ISBN 978-0-521-03541-5.,
  8. Cooray, Vernon. The lightning flash. London: Institution of Electrical Engineers. 2003. 163–164. ISBN 978-0-85296-780-5.