Fuad Əliyev (siyasətçi) — Vikipediya

Fuad Əliyev
15 fevral 2001 – 1 aprel 2023
ƏvvəlkiZakir Məmmədov
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Liberal Demokrat Partiyası sədrinin birinci müavini
30 yanvar 1999 – 2000
SədrZakir Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1970(1970-04-04) (53 yaş)
Doğum yeri
Partiya

Fuad Ağası oğlu Əliyev (4 aprel 1970, Bakı) — siyasətçi, Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri.

Həyatı

Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olunub. 1988–1989-cu illərdə MoskvaMıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.

Əmək fəaliyyətinə 1986-cı ildə BNZ-də fəhləlikdən başlayıb. 1989–1991-ci illərdə Səbail rayonun Komsomol təçkilatında (sərbəst katib) işləyib. 1992–1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsində əməkdaş vəzifəsində çalışıb.

Siyasi fəaliyyəti

Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. O, 2 ay müddətincə Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub.[1] 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib.

ALDP sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Sədr Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirmişdir.[2]

2000-ci ildəki zəlzələdə ALDP-nin ofisinin olduğu binanın çökməsi nəticəsində Zakir Məmmədov ağır yaralandı və 15 dekabr 2000-ci ildə öldü. Zakir Məmmədovun ölümündən sonra, 15 fevral 2001-ci il tarixli ALDP-nin növbədənkənar konfransında Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və Fuad Əliyev partiya sədri seçildi. Daha sonra,15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.[2] O, 2017-ci il aprelin 12-i ALDP V Qurultayında yenidən sədr seçilib.

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü il tarixində ALDP fəaliyyətini dayandırdı.[3]

2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0,77% (28,423 səs) toplamaqla altıncı yeri tutub.

Mənbə

İstinadlar

  1. ""Qaynar Qazan"da Fuad Əliyev (I hissə): "Müxalifət üçün hər seçki, hər il ağır keçir"-VİDEO". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  2. 2,0 2,1 "ALDP tarixi". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
  3. "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.