Frayberq — Vikipediya

Frayberq
Freiberg
Frayberqin gerbi
Frayberqin gerbi
Dövlət Almaniya
Əyalət Saksoniya
Dairə Frayberq
Burqermayster Dr. Ute Rensch
Ərazi
 — Ümumi
 
48,05 km²
Əhali
 — Ümumi
 — Əhali sıxlığı

42.524
885/km²
Poçt indeksi 09599
Telefon kodu daxili: 03731, xarici: +493731
Avtomobil nişanı FG
İcra aparatının ünvanı Obermarkt 24, 09599 Freiberg
Dəniz səviyyəsindən hündürlüyü 400 m
Internet səhifəsi www.freiberg.de
Frayberq Almaniya xəritəsində

FrayberqAlmaniyanın Saksoniya əyalətində yerləşən şəhər. Saksoniyanın mərkəzi hissəsində yerləşən dairə mərkəzi olub, qədim dağ-mədən tarixinə malikdir. Frayberq dünyada həm də universitet şəhəri kimi də tanınır. Şəhərin mərkəzində yerləşən qədim hissə tarixi abidə kimi qorunur.

Tarixi haqında[redaktə | mənbəni redaktə et]

Tarixi mənbələrə görə şəhərin yaradılması 1186-cı ilə təsadüf edir. Əslində isə burada insanlar daha əvvəl 1170-ci ildə məskunlaşmağa başlamışlar. 1170/80-ci illərdə Maysen şəhərinin qrafı Otto der Rayhenin icazəsi ilə qəsr şəklində şəhər salınır. Jakobi kilsəsi ilə birlikdə Frayberqlə beləliklə Saksoniyanın üçüncü mədən şəhəri salınmış olur. 1180–1185-ci illərdə Marien, sonra Dom (1480) kilsələri tikilir. Frayberq dağ-mədəninin inkişafına görə çox hadisələrlə dolu bir tarixə malikdir. Orta əsrlərdə Frayberq Saksoniyanın əsas şəhərlərindən sayılırdı. O, iqtisadi durumuna görə və əhali sayına görə Maysen qraflığının özəyi idi. Burada həmçinin uzun müddət pul sikkələri düzəldilmişdir. Arxeoloji qazıntılar şəhərin salınmasının hələ 1180-ci illərdə başlanılmasını göstərsə də, Frayberq adı yalnız 1201-ci ildən hallanmağa başlayır. 1227-ci ildə Roma şəhər möhürü ilk dəfə olaraq Maysen qraflığında məhz Frayberqdə tətbiq olunur.

1632-ci ildə otuzillik müharibə zamanı Frayberq isveçlər tərəfindən tutulur. Bu dövrdə Saksoniya İmperatorla müqavilə bağladıqdan sonra şəhər 1639–1643-cü illərdə döyüşlərdən kənarda qalmaq imkanı qazanır. Həmin dövrdə Freudştayn qəsri renessans üslubunda yenidən qurulur. Dağ-mədən işləri müharibə dövründə böyük zərər çəkir. O, yalnız 1700-cü ildən sonra yenidən inkişaf etməyə başlayır. Orqan ustası Qotfried Silberman və tikiniti ustası Zohan Ohndorf Frayberqdə çalışırdılar.

1756–1776-cı illərdə 7 illik müharibədə Frayberq ətrafındakı müharibədə Haynrih von Preuzen Avstraliyalılara qalib gəlir. 1765-ci ildə Frayberqdə dünyada dağ-mədən ali məktəbi ikinci yaradılır. 1790-cı ildə şəhər teatrı tikilib istifadəyə verilir.

1862-ci ildə Frayberqdən Drezden arasında dəmir yolu çəkilir. Sonralar bu yollar Kemnitç, Nossen, Muldaya da uzadılır. Alman dəmir yoluna qoşulma ərazinin sənaye cəhətdən inkişafına təkan verir.

İkinci dünya müharibəsi ərəfəsində Frayberqdə Flossenburg KL-in (Konsentrasionlager) xarici şöbəsi yerləşdirilmişdir. 7 may 1945-ci ildə müharibənin sonunda şəhər əksərən dağıdılmamış halda qırmızı orduya təslim olur.

1990-cı ildə Almaniya birləşdikdən sonra Frayberq və onun ətrafında sənayenin inkişafı baş verir. Belə ki, burada yeni müəssisələr salınır, şəhər təmir olunaraq müasir görkəm alır.

Tikililər[redaktə | mənbəni redaktə et]

  • Frayberq Domu (kilsə)
    • Qızıl arka
    • Lalə sütunu (kilsənin daxilində
    • Silberman-Orqanı
    • St. Annenkapelle
  • Petri kilsəsi
  • Baş meydan
  • Aşağı meydan
  • Freudeştayn qəsri
  • Teatr

Təhsil[redaktə | mənbəni redaktə et]

Frayberq Texniki Universiteti dünyanın ən qədim dağ mədən universitetlərindən sayılır. O 1765-ci ildə Şahzadə Ksaver tərəfindən mədən işçilərini hazırlamaq üçün açılır ki, Saksoniya 7 illik müharibədə udüzandan sonra borclarını ödəyə bilsin.

Orta təhsl sistemində Frayberq şəhərində iki gimnaziya fəaliyyət göstərir. Bunlardan biri "Qeşvister Şoll" 1515-ci ildə yaradılmışdır. O Saksoniyanda yaradılmış ilk humanitar məktəb sayılır. Bu məktəb çox zəngin kitabxanaya, xora, musiqi qrupuna və çoxlu sayda idman dərnəklərinə malikdir. Gimnaziyanın binaları son illər təmir edilərək müasir görkəm almışdır.

Ulrich-Rülein-Gymnasiaysı 1992-ci ildə yaradılmışdır. Əsasən texniki profilli tədrislə məşğuldur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]