Frankfurt məktəbi — Vikipediya

Maks Horkheymer (solda), Teodor Adorno (sağda) və Yurgen Habermas (sağ arxada) Heydelberqdə, 1965-ci il

Frankfurt məktəbi (alm. Frankfurter Schule‎) — müasir (sənaye) cəmiyyətinin tənqidi nəzəriyyəsi, neomarksizmin bir növü. Əsas nümayəndələri: Teodor Adorno, Maks Horkheymer, Herbert Markuze, Erix Fromm, Valter Benyamin, Leo Lövental, Frans Leopold Neumann, Fridrix Pollok, "ikinci nəsil"dən — Yurgen Habermas, Oskar Negt. "Frankfurt məktəbi" termini Frankfurt-Maynda Sosial Tədqiqatlar İnstitutu ilə əlaqəli mütəfəkkirlərə tətbiq edilən ümumi addır; tənqidi nəzəriyyənin nümayəndələri özlərini heç vaxt bu ad altında birləşdirmirdilər.

Bu məktəbin nümayəndələri hesab edirdilər ki, burjua sinfi cəmiyyəti monolit totalitar sistemə çevrilmişdir ki, burada proletariatın olmaması səbəbindən cəmiyyətin dəyişilməsinin inqilabi rolu ziyalılara və kənar şəxslərə keçir. Müasir cəmiyyət texnokratikdir və yalan şüurun media vasitəsilə yayılması, eləcə də populyar mədəniyyət, tətbiq edilən istehlak kultu sayəsində mövcuddur. Totalitarizm fərdi və ictimai varlıqlar arasındakı sərhədi pozmaq təcrübəsidir. Frankfurt məktəbi sol radikalizm ideologiyasının müxtəlif versiyalarına əhəmiyyətli dərəcədə təsir etmişdir.