Akvinalı Foma — Vikipediya

Akvinalı Foma
lat. Thomas Aquinos
Doğum tarixi 1225[1]
Vəfat tarixi 7 mart 1274[2]
Xatirə günü 28 yanvar[3], 7 mart, katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akvinalı Foma (həmç. Foma Akvinat və ya Tomas Akvinat, lat. Thomas Aquinas; 1225[1]7 mart 1274[2]) — orta əsr filosofu və ilahiyyatçısı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

İtaliyanın Akvino şəhərində, zadəgan ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarında Dominikan ordeninin mənsublarından olmuşdur. İlk təhsilini monastır məktəbində almış, daha sonra Neapol, Paris, Köln şəhərlərində universitetdə oxumuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

O, xristian fəlsəfəsinin banilərindən biri və filosofların knyazı hesab edilir. Foma ortodoksal sxolastikanın əsaslarını qoymuş, habelə Aristotelin fəlsəfəsi ilə xristian ilahiyyatını uzlaşdırmağı bacarmışdır. Foma antik alimlərlə yanaşı, məşhur müsəlman filosofları İbn Sinaİbn Rüşdün əsərlərindən də faydalanmışdır. Onun din və fəlsəfə münasibətlərinə dair misalları əsrlər boyu Avropa fikir dünyasında hakim düşüncələrdən olmuşdur.

1323-cü ildə doğulduğu yerə görə Akvinat adlandırılmış, 1567-ci ildə beşinci kilsə atası elan olunmuşdur. Foma Akvinat öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz dünyanın ilk təkanvericisi haqqında təlim və b.) gücləndirmək yolu ilə işləmişdir. Akvinatın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Din və zəkanın ahəngdarlığı Akvinatın əsas fəlsəfi prinsipidir. Onun fikrincə zəka iradədən yüksəkdir, lakin həyatda Allaha məhəbbət Allahı dərk etməkdən daha mühümdür. Foma Akvinat bütün mövcudatı Allahın yaratdığı iyerarxiya qaydasına tabe edirdi. Əsas əsərləri: "Bütpərəstlər əleyhinə külliyyat" (1261–64), "Teologiya külliyyatı" (1265–73). 1879-cu ildə Foma Akvinatın sxolastik sistemi katolisizmin yeganə həqiqi fəlsəfəsi elan olunmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Library of the World's Best Literature. / red. C. D. Warner 1897.
  2. 1 2 Chenu M., Bell A. St. Thomas Aquinas // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  3. Calendarium Romanum (lat.): Ex decreto Sacrosancti Œcumenici Concilii Vaticani II instauratum auctoritate Pauli PP. VI promulgatum. Editio typica. Civitas Vaticana: Typis Polyglottis Vaticanis, 1969. S. 23.