Flektiv dillər — Vikipediya

Flektiv dillərdillərin morfoloji quruluşca üçüncü tipi. Onlara flektivləşdirən, üzvi, formal, fuziyalı, insirafi dillər də deyillər. A. Şlegelə görə, sintetik və analitik tipli ola bilər. Flektiv dillərin digər dillərdən daha fərqli yaranma üsulları mövcuddur. Bunlar fonetikaya aid xüsusiyyətlər sayılır.

Məs:Samir olduğu kimi qalir, saitlər düşür.

Dillərin təsnifatı[redaktə | mənbəni redaktə et]

Alman alimi V. fon Humboldt (1767-1835) dilləri bu əlamətlərə görə müəyyənləşdirməyi tövsiyə edirdi: 1. Dildə əlaqələrin ifadəsi (nisbi əlaqələrin ifadəsi). 2. Cümlənin əmələ gəlməsi qaydası. 3. Fonetik forma.

V. fon Humboldt flektiv dillərə təkcə daxili dəyişiklikləri deyil, həm də affikslərlə ifadəni də daxil edirdi. O, israr edirdi ki, çin dili amorf dil deyil, təcrid olunmuş dildir, yəni qrammatik mənalar bu dildə söz sırası və intonasiya ilə ifadə olunur. Beləliklə, bu tipli dilləri o, sırf analitik dillər adlandırır.

Flektiv dillərin növləri[redaktə | mənbəni redaktə et]

Flektiv dillər ilk növbədə, sözün dəyişməsini nəzərdə tutur. Sözün dəyişməsi isə onun sonundakı şəkilçinin və ümumiyyətlə, sözün səs cildinin dəyişməsi ilə olur. Sözün dəyişməsinin iki yolu flektiv dillərə aiddir. Lakin onların bu və ya digər dilin qrammatik quruluşunda tutduqları yer müxtəlifdir. Bununla əlaqədar fleksiyanın iki növünü göstərmək olar:

  1. Xarici fleksiya
  2. Daxili fleksiya

Rus dili xarici fleksiyaya aiddir. Buna misal olaraq, "книга, книги, книге, книгу, книгой (о) книге" göstərə bilərik. Hər bir halda qrammatik məna sözün sonunda gələn şəkilçi hissəsinin dəyişməsi yolu ilə əldə edilmişdir.

Daxili fleksiya isə adından da göründüyü kimi, sözün daxilində baş verir; həm də bu dəyişmə heç bir fonetik mühitdən asılı olmur.

Azərbaycan dilinin fleksiyası[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilinin lüğət tərkibindəki "hökm, hakim, hökumət, məhkum, məhkəmə, hakimiyyət, istehkam, hikmət, mühakimə, möhkəm" sözləri ərəb mənşəlidir. Həmin sözlər Azərbaycan dilinin lüğət tərkibində müstəqil leksik vahidlər kimi mövcuddur. Ərəb dilində isə onlar müəyyən derivasion, bəzi hallarda isə hətta relyasion qrammatik əlaqələrin göstəriciləri və nəticələridir. Daxili fleksiyanın əsas olduğu flektiv dillərdə daxili fleksiya formaları müəyyən sistemə malikdir. Məsələn, ərəb dilində daxili fleksiya yolu ilə ifadə olunan cəmlik modellərinin bəzi formalarına nəzər salsaq "tərəf" sözünün "ətraf"; "xəbər" sözünün isə "əxbar" və "müxbir" sözünə çevrildiyini görmək mümkündür. Qeyd olunan kimi, daxili fleksiya bütün flektiv dillər üçün səciyyəvidir; məsələn, ingilis dilində daxili fleksiya daha çox fellərdə, xüsusən felin zaman kateqoriyasında özünü göstərir:

  • I sing Mən oxuyuram - I sang Mən oxudum;
  • I ring Mən zəng edirəm - I rang Mən zəng etdim və s.