Fiziki hadisələr — Vikipediya

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir.

Fiziki hadisələrin növləri

[redaktə | mənbəni redaktə et]

Fiziki hadisələr 7 qrupa bölünür:

  • mexaniki
  • işıq
  • elektrik
  • maqnit
  • səs
  • istilik
  • atom

Mexaniki hadisələr

[redaktə | mənbəni redaktə et]

Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər.

İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının

yaranma, işığın yanması, günəş işığının şüşəyə yansıması və s.

Elektrik hadisələri elektrikləşdirilmiş cisimlərdə baş verir. Məsələn: elektrik cərəyanının alınması, elektrik cihazlarının işləməsi, şimşək və s.

İstilik hadisələri cisimlərdə qızma və soyuma zamanı baş veir: suyun buxara və ya buza çevrilməsi, havanın isinməsi.

Maqnit hadisələri maqnit xassələrinə əsaslanan hadisələrdir: kompasın əqrəblərinin Şimal, Cənub, Şərq və ya Qərbə dönməsi

Bərk maddənin qızdırıldıqda birbaşa qaz halına keçməsi hadisəsinə sublimasiya deyilir. Məsələn, yod kristallarını qizdırdiqda birbaşa qaz halına keçir. Deməli, sublimasiya hadisəsi də aqreqat halının dəyişməsi olduğu üçün fiziki hadisədir.

  • Uşaq ensiklopediyası - Kimya. Bakı, 2008.