Firuzə Muradova — Vikipediya

Firuzə Muradova
Doğum tarixi 23 mart 1929(1929-03-23)
Doğum yeri
Vəfat tarixi 1987
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958
"Şərəf nişanı" ordeni

Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958).

Həyatı[redaktə | mənbəni redaktə et]

Firəngiz Muradova Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Gülzar rolunda

Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.[1]

Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas partiyalar[redaktə | mənbəni redaktə et]

Tamaşa Müəllif Rol
Koroğlu Üzeyir Hacıbəyov Nigar
Arşın mal alan Üzeyir Hacıbəyov Gülçöhrə
Şah İsmayıl Müslüm Maqomayev Gülzar
Nərgiz Müslüm Maqomayev Nərgiz
Sevil Fikrət Əmirov Sevil
Bahadır və Sona Süleyman Ələsgərov Sona
Azad Cahangir Cahangirov Sara, Səriyyə, Hürü xala və Fars qızı
Söyüdlər ağlamaz Əfrasiyab Bədəlbəyli Xəyal
Vaqif Ramiz Mustafayev Xuraman
Trubadur Cüzeppe Verdi Leonara, Azuçena, İnes və Monora
Lakme Leo Delib Roza və Luiza
Faust Şarl Quno Marqarita
Məzhəkəçilər Rucero Leonkavallo Nedda
Hofmanın nağılları Jak Offenbax Antonina
Satılmış gəlin Bedrjix Smetana Majenka
Aleko Sergey Raxmaninov Zemfira
Knyaz İqor Aleksandr Borodin Yaroslavna
Qaratoxmaq qadın Pyotr Çaykovski Liza
Yevgeni Onegin Pyotr Çaykovski Tatyana
Daisi Zaxari Paliaşvili Maro

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. 2016. səh. 201.