Firudin Nəbiyev — Vikipediya

Firudin Nəbiyev
Firudin Hilal oğlu Nəbiyev
13 fevral 2012 – 23 aprel 2018
ƏvvəlkiArzu Rəhimov
SonrakıVüsal Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 4 avqust 1960(1960-08-04)
Doğum yeri
Vəfat tarixi 3 avqust 2020(2020-08-03) (59 yaşında)
Vəfat yeri
Təhsili
Atası Hilal Nəbiyev
Uşağı 2 övladı var
Rütbəsi
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Firudin Nəbiyev (4 avqust 1960, Ermənistan SSR3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir[2].

Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir[3].

16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir[4].

Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Xidmət etdiyi dövrdə 6 medal[mənbə göstərin], 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli "Vətənə xidmətə görə" və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-18.
  2. "F. H. Nəbiyevin Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2023-04-18 at the Wayback Machine  (az.)
  3. "F. H. Nəbiyevin Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2023-04-18 at the Wayback Machine  (az.)
  4. "F. H. Nəbiyevin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2023-04-18 at the Wayback Machine  (az.)
  5. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli, 337 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2020-06-17 at the Wayback Machine  (az.)
  6. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli, 2331 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2019-07-28 at the Wayback Machine  (az.)
  7. "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2008-ci il tarixli, 2984 nömrəli Sərəncamı. e-qanun.az Arxivləşdirilib 2021-12-01 at the Wayback Machine  (az.)