Filip Seymur Hoffman — Vikipediya

Filip Seymur Hoffman
ing. Philip Seymour Hoffman
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Həddindən artıq doza[d][1]
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, film prodüseri, səsləndirmə aktyoru[d], xarakter aktyoru[d], teatr aktyoru, kino aktyoru, televiziya aktyoru, aktyor, teatr rejissoru
Fəaliyyət illəri 1991–2014
Təhsili
  • Nyu-York Universiteti Tiş İncəsənət Məktəbi[d]
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı
IMDb ID0000450
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filipp Seymur Hoffman (ing. Philip Seymour Hoffman; 23 iyul 1967[2][3][…], Feyrport[d], Nyu-York ştatı2 fevral 2014[4][2][…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktyoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib.

Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb.

2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O'Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək. 25 illik karyerası boyu əsasən ikinci plan rolları ifa edən aktyor uzun illər idi ki, narkotik aludəçisi idi.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]