Fil Kollins — Vikipediya

Fil Kollins
ing. Phil Collins
Ümumi məlumatlar
Doğum adı Philip David Charles Collins
Doğum tarixi 30 yanvar 1951(1951-01-30)[1][2][…] (73 yaş)
Doğum yeri Çizik, London, İngiltərə
Vətəndaşlığı
Milliyyəti İngilis
Uşaqları 5
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni, səsləndirmə aktyoru[d], müğənni-mahnı müəllifi, bəstəkar, cazmen, model[d], zərbçi[d], pianoçu, qrup rəhbəri[d], kino aktyoru, səsyazma sənətçisi[d], avtobioqraf[d], gitaraçı, televiziya aktyoru, musiqiçi, rok musiqiçisi, söz yazıçısı[d]
Fəaliyyət illəri 1968–2011
Janrlar proqressiv-rok, soft-rok, pop-rok, pop
Musiqi alətləri baraban, piano, gitara, digər zərb alətləri
Səs tembri tenor
Albom şirkətləri Virgin Records, Atlantic Records
Mükafatları Royal Victorian Order
İmzanın şəkli
philcollins.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filip Devid Çarlz „Fil“ Kollins (ing. Philip David Charles „Phil“ Collins; 30 yanvar 1951[1][2][…]) — müğənni, bəstəkar, təbilçi, pianoçu və aktyor. Möhtəşəm solo karyerası ilə yanaşı Genesis rok qrupunda təbilçi və vokalçısı kimi də çıxış etmişdir.

1978-1994-cü illərdə Genesis rok-qrupunun tərkibində və solo şəklində bir neçə hit mahnı ifa etmişdir. Çox zaman itirilmiş sevgi təsvir edilən yaradıcılığı ağır-baraban ifası olan "In the Air Tonight", pop musiqi "Sussudio", əsasən pianino çalğısı olan "Against All Odds", siyasi məzmunlu "Another Day in Paradise" kimi məşhur sinqllərdən ibarətdir. "Atlantic Records"un məlumatlarına görə, 2000-ci ilədək Kollins solo müğənni kimi satış sayı 150 milyon olmuşdur.[3]

Kraliça Viktoriya Ordeninə layiq görülmüşdür. Layiq görüldüyü mükafatlar içərisində 7 "Qremmi", 2 "Qızıl Qlobus""Tarzan" multfilminin mahnısına görə "Oskar" mükafatları var.

İstinad[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Phil Collins // Internet Broadway Database (ing.). 2000.
  2. 2,0 2,1 Phil Collins // filmportal.de. 2005.
  3. Atlantic Records press release. "Phil Collins Celebrates TESTIFY with Weekend Today Performance and NYC In-Store" 11/15/02.